Məhkəmə qərarları › İş №3(125)-1711/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1711/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1711/2023 14.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Gəncə Şəhər Məhkəməsinə X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında qəaraın ləğv edilməsinə dair şikayət ərizəsi daxil olmuşdur. Məhkəmə iclası zamanı şikayət ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət ərizəsi onu göndərmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. İnzibati tənbehvermə haqqında X1 barəsində tərtib edilsə də, şikayət ərizəsi X5 tərəfindən yazılmışdır. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: X3 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında Qərarın ləğv edilməsinə dair X2 şikayət ərizəsi şikayətçiyə geri qaytarılsın. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar