Məhkəmə qərarları › İş №3(125)-1712/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1712/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1712/2024 07.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 07 may 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Gəncə şəhəri, Məhsəti Qəsəbəsi, 2ci küçədə yaşayan X4 məxsus 200 manat dəyərində velosipeti gizli yolla oğurlamışdır. Bununla o, İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Gəncə şəhəri, Məhsəti Qəsəbəsi, 2-ci küçədə yaşayan X4 məxsus 200 manat dəyərində velosipedi gizli yolla oğurlamışdır. Oğurlanmış əmlakın ümumi dəyəri 500 manatdan artıq olmadığından, oğurluq etmiş Şəxs hərəkətlərində İXM-in 227-ci maddəsinin tərkibi olduğundan və həmin şəxsin hərəkətlərində CM-in 177-ci maddəsinin tərkibi olmadığına görə, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətdiyini etiraf edərək hərəkətindən peşman olduğunu bildirmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri tam şəkildə ödədiyini və buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 məhkəməyə ərizə verərək bildirmişdir ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, Şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, barışmışlar. Odur ki, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi olmadığından onun barəsində İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar