Məhkəmə qərarları › İş №3(125)-1713/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1713/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1713/2024 08.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 1-ci Polis Bölməsinin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Gəncə şəhər, Totanlı küçəsi ev 89-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510, 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 1-ci Polis Bölməsində tərtib olunmuş material baxılması üçün 08 may 2024-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 1-ci Polis Bölməsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib olunmuş 07 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 1-ci Polis Bölməsinin İTB-nin polis sahə rəisi X6 izahatında göstərdi ki, X1 idarə etdiyi 10CL020 dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhər Elm mərkəzinin qarşısında saxlanılmış və təhlükəsizlik kəmərindən istifadə etmədiyi bildirilmişdir. Bu zaman, şəxsin idarə etdiyi avtomobildə konstruksiya dəyişikliyi olduğu məlum olmuşdur. Ona avtomobilin dayanacağa getməli olduğu bildirilmişdir. Sürücü getməyə vaxtı olmadığını bildirmiş və maşını onlara təhvil verərək uzaqlaşmışdır. Avtomobilin aparılması üçün evakuatr çağırılmış həmin vaxt Şəxs səs-küy salaraq ətrafındakıların diqqəti özünə cəlb etmiş, uca səslə Qarabağda döyüşdüyünü bildirərək avtomobilin meydançaya aparılmamasını tələb etmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməmişdir. İzahatında bildirmişdir ki, onun öz maşınını 3 dəfə konstruksiya dəyişikliyinə görə cərimə meydançasına aparmışlar. Maşını yenə konstruksiya dəyişikliyinə görə aparmaq istəyəndə heç bir konstruksiya dəyişikliyin olmadığını bildirərək etiraz etmişdir. Sonra post patrul əmkdaşları gələndə özündən asılı olmadan qışqıraraq qaçmışdır. Sonra onu polis şöbəsinə aparmışlar. Həyatından bezdiyi üçün cibində olan dəmir parçasını boğazına dirəyərək özünü öldürmək istəmişdir. Heç kimə qarşı söyüş söyməmişdir. Polis əməkdaşlarına daş atmamışdır. Polis əməkdaşlarına ancaq əlində olan alışqanı atmışdır. Etdiyi əməldən peşmandır. Yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dinirilmiş X3 07 may 2024-cü il tarixdə xidmətdə olan zaman onunla əlaqəyə çıxaraq Elm mərkəzinin qarşısında kömək lazım olduğu bildirilmişdir. O və ekipoj yoldaş dərhal hadisə yerinə getmişdir. Ora yaxınlaşan zaman Şəxs qaçmağa başlamışdır. Sonra da daş atmağa başlamışdır. Ona İXM-nin 535.1-ci maddəsinin tələbləri izah edilmişdir. Lakin yenə də Qarabağda döyüşdüyünü bildirərək hərkətlərini davam etdirmişdir. Barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dinirilmiş X4 izahatında göstərdi ki, X1 idarə etdiyi 10CL020 dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhər Elm mərkəzinin qarşısında saxlanılmış və təhlükəsizlik kəmərindən istifadə etmədiyi bildirilmişdir. Bu zaman, şəxsin idarə etdiyi avtomobildə konstruksiya dəyişikliyi olduğu məlum olmuşdur. Ona avtomobilin dayanacağa getməli olduğu bildirilmişdir. Sürücü getməyə vaxtı olmadığını bildirmiş və maşını onlara təhvil verərək uzaqlaşmışdır. Avtomobilin aparılması üçün evakuatr çağırılmış həmin vaxt Şəxs səs-küy salaraq ətrafındakıların diqqəti özünə cəlb etmiş, uca səslə Qarabağda döyüşdüyünü bildirərək avtomobilin meydançaya aparılmamasını tələb etmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dinirilmiş X5, X8 şahid X3 və X4 ilə eyni məzmunda izahat vermişlər. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 1516/2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin vaxt ayıq olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahid ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Şəxs vermiş olduğu ifadə iş materialları ilə ziddiyyət təşkil etdiyindən özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və sübut kimi nəzərə alınmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 07 may 2024-cü il tarixdən saat 19:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar