Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1717/2023 22.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 15816055 nömrəli və xx.xx.2023-cü il tarixli EQ 16175876 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 15816055 nömrəli və xx.xx.2023-cü il tarixli EQ 16175876 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində hər qərara görə 50 (əlli) manat ümumilikdə 100 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək, qərarının ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istifadəsində olan OPEL ASTRA minik markalı, 90UM251 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə saat 11:20-də dövlət rüsmunu ödəyərək texniki baxışdan keçirmişdir. Lakin ona yol polisi tərəfindən avtomobilinin texniki baxışdan keçmədiyi bildirilmiş, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə İXM 339.1-1ci maddəsi ilə cərimələnmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayəti müdafiə edərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etdi. Məhkəmə, material üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 15816055 nömrəli və xx.xx.2023-cü il tarixli EQ 16175876 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində hər qərara görə 50 (əlli) manat ümumilikdə 100 (yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, X3 tərəfindən xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin illik texniki baxışdan keçirilməsinə görə 30,40 manat ödəniş edilmişdir. İş materillarına əlavə edilmiş xx.xx.2023-cü il tarilxi cihazın yoxlamasından görünür ki, maşının əyləc sistemi nasaz olduğuna görə texniki baxışdan keçə bilməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli soruğusuna Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsi tərəfindən daxil olmuş 3-13-57- 5/2-4441/2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Opel Astra markalı **-UM- *** dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxışdan keçmə müddəti xx.xx.2023-cü il tarixdə bitmiş və xx.xx.2023-cü il tarixdə yenidən texniki baxışdan keçirilmişdir. Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsiinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir Qeyd edilən qanunvericilik normalarına və işdə olan sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, X1 idarə etdiyi Opel Astra markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxışdan keçmə müddəti xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq, o, avtomobilini texniki baxışdan keçirmək üçün xx.xx.2023-cü ildə Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsinə aparsa da, avtombili nasaz olduğundan texniki baxışdan keçə bilməmiş, yalnız xx.xx.2023-cü il tarixdə avtomobili texniki baxşıdan keçmişdir. X2 barəsində qəbul edilmiş qərarlar isə müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli olmaqla Opel Astra markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxşıdan keçmədiyi müddəti əhatə etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətin dəlilləri qərarın ləğv edilməsi üçün əsas vermədiyindən, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 15816055 nömrəli və xx.xx.2023-cü il tarixli EQ 16175876 nömrəli qərarları qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 15816055 nömrəli və xx.xx.2023-cü il tarixli EQ 16175876 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1717/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1717/2023
22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver