Məhkəmə qərarları › İş №3(125)-1718/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1718/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1718/2024 08.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2003-cü il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 08 may 2024-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin qarşısında xırda xuliqanlıq hərəkətləri edərək və polisin qanuni tələbinə tabe olmamışdır. Ona görə də barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs 2-ci Polis Şöbəsinin sahə rəisi, Polis leytenantı X7 inzibati xəta haqqında protokoldakı xüsusatları qeyd edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxmin 10:05 radələrində polis əməkdaşları Şəxs və X4 adlı şəxslərin Beynəlxalq Xəstəxananın qarşısında idarə etdiyi VAZ-21099 markalı **-BG-*** d/q/n/n/lı avtomaşında yüksək səslə musiqiyə qulaq asdıqlarını görüb onlara yaxınlaşblar və xəstəxanada xəstə şəxslərin olmalarını bildirərək musiqin səsini aşağı salmalarını bildirən zaman həmin şəxslər yerə düşərək ucadan öz narazılıqlarını bildirərək ünvansız söyüşlər söyməklə və səs küy salmaqla ictimai qaydanı pozmuşlar. Polislər onları nizam-intizama dəvət etmişlər, lakin onlar öz hərəkətlərini davam etdirərək polislərin qanuni tələblərinə tabe olmamışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, protokol tərtib etmiş şəxsin bildirdikləri yalandır, o polislərə heç bir müqavimət göstərməmişdir. Polislər ona yaxınlaşıb onu şöbəyə dəvət etdikdə onlara maneçilik törətməyərək şöbəyə getmişdir. Barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili X6 bildirmişdir ki, əməkdaşı olduğu 2-ci Polis Şöbəsinin həyətində hər səhər sıra baxışı keçirilir, sıra baxışından sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilir. 08 may 2024-cü il tarixdə səhər Dövlət Himninin səsləndirilməsi zamanı adı ona sonradan məlum olan Şəxs digər şəxslə VAZ-21099 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə 2-ci Polis Şöbəsinin qarşısına gəlmiş, avtomobilin maqnitolasında kriminal aləmi təbliğ edən musiqiyə sona qədər səs verərək himn oxuyan polis əməkdaşlarına baxaraq gülmüşdür. O, digər əməliyyat müvəkkili Sirac Hacıyevlə birlikdə Şəxs yaxınlaşaraq irad bildirmək istədikdə, onlar avtomobili hərəkətə gətirərək X1rşısında saxlamışlar. Onlara yaxınlaşan zaman Peyman digər şəxslə birlikdə ilk öncə musiqiyə yüksək səs vermələrini inkar etmiş, sonradan etiraf edərək yaxşı etdiklərini demişlər. Onları şöbəyə dəvət edərkən Peymanla birgə avtomobildə olan, adının ona sonradan məlum olduğu Mirhüseyn adlı şəxs prokurorluq əməkdaşı olduğunu əsas gətirərək polisin qanuni tələbinə tabe olmaqdan imtina etmiş, Peyman da Mirhüseyn kimi Şöbəyə getməkdən imtina etmiş, onlar yüksək səslə ictimai yer hesab edilən X1rşısında ünvansız nalayiq ifadələr işlətmişlər. O, digər əməkdaş Siracla birlikdə fiziki qüvvə tətbiq edərək onları şöbəyə təmin etmişlər. X4 hərbi prokurorluq əməkdaşı olduğu üçün aidiyyəti üzrə Gəncə Hərbi Məhkəməsinə təhvil verilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs Faqə toğlunun barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: Şəxs barəsində tərtib edilmiş 08 may 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Fərəcov X5 xəstəxananın qarşısında xırda xuliqanlıq hərəkətləri edərək polisin qanuni tələbinə tabe olmamışdır. Ona görə də barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, işin faktiki hallarını, törətmiş olduğu xətanın xarakterini, eyni anda iki inzibati xətanı törətməsini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 08 may 2024-cü il tаrixdən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinə həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar