Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1719/2023 14.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Gəncə şəhər DYPŞ-nin Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Daskəsən rayonun Bayan kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Gəncə şəhər X5 Şöbəsi Yol patrul xidməti inspektoru, polis leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.2-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 01:10-da VAZ 21013 MİNİK markalı ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs tərəfindən işıq cihazında istifadə qaydalarının pozulması, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən il ərzində ikinci dəfə nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi hallarına yol verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə YPX əməkdaşları tərəfindən saxlanılmış, barəsində İXM-in 329.3-cü və 333.2-ci maddələri ilə protokol tərtib edilmişdir. Əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər X5 Şöbəsi Yol patrul xidməti inspektoru, polis leytenantı X2 barəsində icraat aparılan şəxs tərəfindən muliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 13 avqust 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında tərtib edilmiş aktdan görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluq aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 12 dekabr 2022-ci il tarixli inzibati tənbehvermə haqqında Qərardan görünür ki, barəsində icraat aparılan şəxs Şəxs həmin tarixdə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tənbeh edilmişdir. İş materiallarına əlavə edilmiş Veteran Vəsiqəsinin surətindən görünür ki, Şəxs 44 X3 veteranıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunmalıdır. Şəxs səmimi etirafı və müharibə veteranı olması onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran halların olmamasını, məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsinə görə barəsində cərimə növündə inzibati tənbeh tətbiq etmək məqsədəmüvafiqdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1719/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1719/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver