Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-172/2025 17.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025ci il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 3555 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün rəsmi bildiriş xx.xx.2024cü il tarixdə təqdim edilməsinə baxmayaraq tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmişdir. Bundan əlavə borclunun əmlakı barədə aidiyyatı orqanlara sorğular edilmiş, lakin adına heç bir dəyərli daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Həmçinin, borclu Şəxs qeyd edilən icra sənədi üzrə olan pul borcunu tam vaxtında və göstərilən məbləğdə ödəmədiyindən inzibati məsuliyyətə cəlb ediləcəyi barədə müxtəlif tarixlərdə xəbərdarlıqlar edilmiş və izahatı alınmışdır. Buna baxmayaraq Şəxs borcunu tam ödəməmişdir. Tələb müəyyən edilmiş müddət ərzində borclu Şəxs tərəfindən ödənilmədiyindən icra vərəqəsinin icrasını təmin etmək mümkün olmamışdır. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs dəfələrlə borcunu ödəməyəcəyi halda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqların edilməsinə baxmayaraq, borclu tələbi icra etməmişdir. Həmçinin icra sənədinin icrası ilə bağlı borclu Şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, iş üzrə göstərilən tələbi icra etməkdən boyun qaçırmışdır. Bu günə borclu Şəxs ümumi borcu 3555 manat təşkil edir. Belə ki, Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirdi ki, aparılmış icra tədbirləri nəticəsində borclunun adına əmlak – avtomobil aşkar olunmuşdur. Lakin avtomobil satılmış, borc əmlaka yönəldilməmişdir. Borclu Bakı şəhərində işlədiyindən məhkəməyə təqdimat verilərək İdarəyə məcburi gətirilməsi təmin olunmuşdur. İdarədə verdiyi izahatında pulu olmadığını bildirsə də, anası ilə əlaqə saxlanılmış, anası oğlunun ödənişlər edəcəyini bildirmişdir. Odur ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, icra məmurunun dedikləri ilə razıdır. Himayəsində olan azyaşlı uşağı autizm xəstəsidir, maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Hazırda məhkəmə iclasında 700 manat ödəyə bilər. Qalan borcunu isə bir ay yarım müddət ərzində ödəyəcəyinə söz verir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə verərək Şəxs məhkəmə prosesi zamanı ona borcundan 700 manat verdiyini, borclunun qalan hissəsini isə ay yarıma tam bağlaması barədə razılığa gəldiklərini bildirdi. Borclunun borcunu bir ay yarım müddət ərzində tamamilə ödəyəcəyinə söz verdiyi üçün, borclu barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 3500 (üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 (əlli beş) manat, cəmi 3555 (üç min beş yüz əlli beş) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarından müəyyən edilir ki, icra sənədi icra edilməsi üçün İdarəyə göndərilmiş və icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək ona icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Həmçinin, borcluya məhkəmənin qərarı ilə məcburi gətirilmənin tətbiq olunacağı barədə “SMS bildirişlər” göndərilərək icra sənədinin icrası ilə əlaqədar İdarəyə çağırılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar İbrahimov təqdimatla məhkəməyə müraciət edərək, borclu Şəxs əmlakı üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 8(125)-671/2024 nömrəli, xx.xx.2024-cü tarixli qərardadı ilə təqdimat təmin edilmiş, borclu Şəxs məxsus “QAZ 2705” yük markalı, ** BR *** qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə İdarədə verdiyi izahatında icra sənədindən xəbərdar olduğunu, ancaq Bakıda olduğu üçün gələ bilmədiyini, maddi vəziyyəti aşağı olduğu üçün bu səbəbdən heç bir ödəniş edə bilmədiyini, atasının adına torpaq sahəsinin olduğunu, onu satıb 1-2 ay ərzində tam ödəyəcəyini qeyd etmişdir. Həmçinin, adına rəsmiləşdirilmiş daşınmaz əmlak olmadığı, aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanətinin olmadığı qeyd edilmişdir. Bundan başqa əlavə etmişdir ki, adına “QAZ 2705” yük markalı, ** BR *** qeydiyyat nişanlı avtomobil olsa da, həmin avtomobili uzun müddət olar ki, satmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında verilmiş ərizədən görünür ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında 700 manat pul borclu tərəfindən ona ödənilmişdir. İş materiallarından göründüyü kimi, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunun müxtəlif tarixlərdə olmaqla maddi imkanının yol verdiyi həddə ödənilməsinə çalışmışdır. Hətta məhkəmə baxışı dövründə də o, borcundan 700 manat ödəniş etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №3(125)-172/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-172/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver