Məhkəmə qərarları › İş №3(125)-1720/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1720/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1720/2023 31.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, X1 iştirakı ilə, X5 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X8 bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən bələdiyyə mülkiyyətində olan tut ağacının kəsilməsinə görə onun barəsində inzibati tənbehvermə haqqında qərar verilərək 2500 AZN cərinə edilmişdir. O, bu qərarı əsassız hesab edir. Belə ki, ağac faktiki mövcud olmamışdır. Belə ki, külək ağacın budaqlarını qırmış, yalnız gövdəsi qalmışdır. Həmin ağac onun darvazasının önündə yerləşdiyindən o yalnız maneçilik etməməsi üçün onun gövdəsini çıxarmışdır. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, barəsində icraat aparılan şəxs öz həyət darvasının ətrafında təmir bərpa işi apararkən hasarını önə çəkməyi qərara almış, bu isə onun qonşusunun narazılığına səbəb olmuşdur. O hasarı önə çəkdikdən sonra yol kənarında olan bələdiyyə mülkiyyəti hesab edilən tut ağacı onun həyətinin içərisində qalmışdır. O tut ağacını maneçilik etməməsi üçün kəsmişdir. Narazı olan qonşu ağacın mövcud olduğu və olmadığı dövrdə olan şəkillərini çəkərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə şikayət etmişdir. Məhz onun şikayəti əsasında şəxs inzibati tənbeh edilmişdir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında iş üzrə qərarı nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan: X5 barəsində tərtib edilmiş 08 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 tərəfindən Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, ev 1 ünavnında yaşadığı evinin qarşısında bələdiyyə mülkiyyətində olan 01 ədəd tut ağacı icazə sənədi olmadan kəsilərək məhv edilmişdir. Fotoşəkillərdən görünür ki, tut ağacı əvvəllər mövcud olmuş, sonradan kəsilərək məhv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X8 tərəfindən bələdiyyə mülkiyyətində olan 01 ədəd tut ağacı icazə sənədi olmadan kəsilməsi halına yol verilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X5 şikayətində inzibati xəta haqqında iş üzrə qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X5 təqsiri təsdiq olunur. Beləliklə, X5 barəsində tərtib edilmiş 08 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X5 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 08 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 08 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 08 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar