Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1723/2025 30.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X5 və şikayətçi X6 nümayəndəsi (vəkili) Vəkil Şahbaz oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, “X15" MMC-nin direktorudur. Tibb müəssisəsi olaraq rəhbərliyim altında 140 nəfərə yaxın əməkdaş çalışır. Müəssisələri Gəncə şəhərinin ən tanınmış və strateji tibb müəssisəsi olduğundan dolayı bütün işləri tam və həssas şəkildə rəsmi, heç bir pozuntuya və boşluğa yol vermədən aparırılır. Bu məsələ əməkdaşlara da aiddir və bütün əməkdaşları vaxtında və qanunvericiliyə müvafiq şəkildə rəsmiləşdirirlər. Çünki tibbi heyət birbaşa həssas təbəqə hesab olunan pasiyentlərlə çalışdığından dolayı hər an anlaşılmazlıq, problem çıxa bilər. Buna görə də hansısa əməkdaşın rəsmiləşmə aparılmadan işə qəbulu tibb müəssisəsində ağlasığmazdır. Belə əməkdaşlardan biri də tibb qardaşı kimi xx.xx.2024-cü ildən çalışan X2r. Həmin əməkdaş öncələr Gəncə şəhərində yerləşən “DNK tibb mərkəzində çalışmış, müəyyən səbəblərdən dolayı işdən ayrılmışdır. Müəssisəyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş, ərizə yazmış və həmin gün əmək müqaviləsi bağlanaraq işə götürülmüşdür. Bir neçə həftə öncə Gəncə şəhər Prokurorluğundan daxil olan telefon zəng ilə bağlı məsələdən xəbər tutmuş, və guya həmin əməkdaşın müəssisələrind 15 günə yaxın əmək müqaviləsi olmadan çalışdığı bildirilmişdir. Əsas kimi isə onun əvvəlki araşdırma ilə bağlı izahatından çıxarışı irəli sürmüşlər. Məsələ ilə bağlı prokurorluqda olmuş, izahat vermiş və sənədləri təqdim etmişdir. Bu məsələ ilə bağlı əməkdaş Cavid İbrahimov prokurorluğa izahat vermək və yaranmış anlaşılmazlığı aydınlıq gətirmək üçün 2 dəfə getsə də onu buraxmamış və onun getməyini və onunla bağlı işlərinin olmadığını deyərək məsələyə qəsdən qərəzli mövqe göstərmişlər. Daha sonra isə Gəncə şəhər Prokurorluğu xx.xx.2025-ci il tarixli qərarı ilə məsələni araşdırmaq və cərimə tətbiq etmək üçün X8 Gəncə-Daşkəsən Regional şöbəsinə yönəltmişdir. DƏM Gəncə-Daşkəsən Regional şöbəsi tərəfindən məsələ araşdırılan zaman da eyni əsasları və halları irəli sürmüş, hətta həmin əməkdaş yazılı izahat da vermişdir. Nəticədə, onun 4000 manat inzibati cərimə edilməsi barədə müvafiq qərar çıxarılmışdır. Hesab edir ki, işə baxan səlahiyyətli orqan iş üzrə heç bir sübut toplamamış, yalnız prokurorun qərarını yeganə sübut kimi nəzərə almışdır. İş üzrə yeganə sübut prokurorun qərarı olmuş, bu sənəd də kifayət qədər əsassız olmuşdur. Hesab edir ki, işdə olan yeganə sübut təqsirini heç bir halda sübut etmir. Belə ki, tibb qardaşı Cavid İbrahimov tibb müəssisələrinə yalnız xx.xx.2024-cü ildə müraciət etmiş, bu halı təsdiq edən bir çox sübutlar da vardır. Deyilənlər onu göstərir ki, tibb müəssisəsi ilə əməkdaş arasında xx.xx.2024 tarixindən öncə heç bir əmək hüquq münasibəti yaranmamışdır, bunu özü də təsdiq edə bilər. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X6 nümayəndəsi (vəkili) Vəkil Şahbaz oğlu bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs “X15” MMC-nin direktorudur. Xəstəxana Gəncə şəhərinin ən tanınmış və şəffaf müəssisələrindəndir. Belə ki, müəssisə 2020-ci ildən əhaliyə əla xidmət göstərir, hətta xəstəxanada 3000-5000 manat aralığında əmək haqqı alan işçilər var. Onların belə əmək haqqı azaldılmadan əmək müqaviləsi qeydiyyata salınır. X7 tibb qardaşı kimi 2024-cü ilin noyabr ayına qədər Gəncə “DNK Klinika” da çalışmış, o zaman ölüm hadisəsi baş verməsi ilə bağlı C.İbrahimov prokurorluğun əməkdaşı tərəfindən çağırılaraq dindirilmişdir. X11 qərəzli aparmışdır. Belə ki, tibb qardaşı Cavid İbrahimov savadsız olmuş və izahatında 01 noyabrdan işdən azad olduğunu və həmin vaxtdan da X15” MMC-də çalışdığını bildirmişdir. Əslində isə C.İbrahimov 15 noyabrda xəstəxanaya gələrək işə qəbul olunmuşdur. Xəstəxanada mütəmadi vergi yoxlamaları aparılır və işçinin qeydiyyatsız işlədilməsi halı mümkün deyil. Tibb qardaşının əmək haqqı yüksək deyil və 15 gün müddətin gizlədilməsi də əsassızdır. Cavid İbrahimov sonradan prokurorluğa gedərək izahatının dəyişdirilməsini xahiş etmiş, lakin onu qəbul etməyərək onunla bağlı işlərinin olmadığını bildirmişlər. Bundan sonra araşdırma müfəttişliyə göndərilmişdir. Hesab edir ki, qəbul edilən qərar əsassızdır və ləğv olunmalıdır. Məhkəmə iclasında ƏƏSMN-nin yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X13 şikayəti əsassız hesab edərək ifadəsində bildirmişdir ki, C.İbrahimov ərizədə xəstəxanada onun heç kimin tərəfindən məcburi işlədilmədiyini və onunla müqavilə bağladıqlarını bildirmişdir. C.Qurbanov 15 noyabr 2024-cü il tarixdən həmin xəstəxanada işlədiyini bildirməmişdir. Belə ki, C.İbrahimov prokurorluqda noyabr ayının 1-dən praktikant kimi, daha sonra işçi kimi işlədiyini bildirmiş, daha sonra isə fikrini dəyişmişdir. Sonda o, şikayətin əsassız hesab edilməsini və xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, hazırda “X15” MMC-də işləyir. Əvvələr də “Mərkəzi Klinika”-da işləmiş, hazırda da orda və “X15” MMCdə işləyir. O, “X15” MMC-də noyabr ayının 15-dən qeydiyyatdadır. O, prokurorluqda verdiyi izahatı oxumadan imzalanmışdır. Əslində o, prokurorluğa Gəncə “DNK Klinika” da işləyərkən xəstənin ölüm hadisəsi ilə bağlı izahat verməsi üçün çağırılmış, izahatında xəstənin təxliyyəsindən bir neçə gün sonra ölüm hadisəsinin baş verdiyini və onun məlumatının olmadığını bildirmişdir. Prokurorluqda izahat verərkən Ramiz Nəbiyev ona bu hadisə ilə bağlı onun müvəqqəti işdən azad olunduğunu, araşdırma bitəndən sonra yenidən işə bərpa olunacağını bildirmiş, o isə belə bir halın olmadığını, onun noyabrın 15dən “X15” MMC-də işlədiyini bildirmişdir. İzahat verərkən onun noyabrın 1-dən işdən azad olunduğunu, həmin vaxtdan işə başlamasını soruşmuşlar. O da ayın 15-dən rəsmi müqavilə bağlanıb işlədiyini bildirmişdir. O, izahat verdikdən sonra R.Nəbiyev yazdıqlarını komputerdən çıxardaraq ona imzalatmış, ilk dəfə prokurorluqda izahat verdiyindən həyəcanlı olduğundan oxumamış imza etmişdir. Xəstəxananın direktoru izahatın mahiyyət ilə bağlı ona məlumat verəndə belə izahat verdiyini bildirməmiş, izahatı dəyişmək üçün prokurorluğa getsə də onu qəbul etməmişlər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, şikayəti, iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X4 13. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbi pozularaq X1 Vüsal Şahbaz oğlu tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, X12 İXM-nin 192.1-cü maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. - 15 noyabr 2024-cü il tarixli, 169/K nömrəli əmrin və əmək müqaviləsinin surətindən görünür ki, X7 həmin tarixdən “X15” MMC-də 0,5 vahid personal norması əsasında tibb qardaşı təyin edilmişdir. - 13 may 2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə Cavid İbrahimov tərəfindən ünvanlanmış ərizədən görünür ki, o, işlədiyi heç bir müəssisədə məcburi əməyə cəlb edilməmişdir. - 28 aprel 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərardan görünür ki, vəzifəli şəxs X6 barəsində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. - X3 Gəncə şəhər prokurorluğuna verdiyi izahatdan görünür ki, o, “X15” MMC-də 01 noyabr 2024-cü il tarixdən 15 noyabr 2024-ci il tarixə kimi işi öyrənmək məqsədilə əmək müqaviləsi olmadan işlədiyini, bildiyinə görə 15 noyabr 2024-cü il tarixdən əmək müqaviləsi əsasında işə götürüldüyünü bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqi zamanı Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinən X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas ola biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, şikayət ərizəsində tibb qardaşı Cavid İbrahimovun əmək müqaviləsi olmadan işləmədiyini və tərəflər arasında 15 noyabr 2024-cü il tarixli rəsmiləşdirilmiş əmək müqaviləsinin olduğunu bildirmişdir. Məhkəmə C.İbrahimovun prokurorluqda verdiyi izahatdan fərqli izahatını əsaslı sübut kimi qəbul etmir. Belə ki, məhkəmə şahid C.İbrahimovun ilk növbədə prokurorluqda həyəcanlı olması səbəbindən doğru ifadə verə bilməməsinə tənqidi yanaşaraq bildirir ki, şahid hazırda da şikayətçinin direktor olduğu müəssədə çalışır və həmin yerdən əmək haqqı alır. Görünür ki, o, işlədiyi müəssisənin rəhbərliyin təzyiqindən sonra ifadəsini dəyişmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də, məhkəmə göstərilənləri mötəbər sübut kimi qəbul etmir. Odur ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır. Bununla da X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddənin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü bəndinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 81-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Göründüyü kimi X12 barəsində törətdiyi xətaya görə qanuni şəkildə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: - 134.1.1 qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; - 134.1.2 bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; - 134.1.3 bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; İş üzrə istinad edilmiş və yaranmış münasibətləri tənzimləyən hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə X6 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1723/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1723/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver