Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1725/2025 23.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, himayəsində 1 azyaşlı uşağı olan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)- 4562/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1042/2022 nömrəli icra sənədinə əsasən Şəxs X2 məxsus olan, dəyəri 3100 manat olan 583/585 əyar, 40 qram çəkidə 5 ədəd qolbaq; dəyəri 3380 manat olan 583/585 əyar, 55 qram çəkidə 6 ədəd boyunbağı; dəyəri 2800 manat, 583/585 əyar, 36 qram çəkidə 3 ədəd dəst (sırğa və üzük); dəyəri 2400 manat olan 583/585 əyar, 30 qram çəkidə 5 ədəd üzük; dəyəri 960 manat, 583 əyar, 12 qram çəkidə 3 ədəd kulon; dəyəri 960 manat, 583/585 əyar, 12 qram çəkidə 2 cüt sırğa; dəyəri 800 manat 583 əyar, 15 qram çəkidə 1 ədəd saatdan ibarət qızıl-zinət əşyaları naturada, bu mümkün olmadıqda isə onların dəyəri alınıb X2 verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1042/2022 nömrəli icra sənədinə əsasən Şəxs X2 məxsus olan, dəyəri 3100 manat olan 583/585 əyar, 40 qram çəkidə 5 ədəd qolbaq; dəyəri 3380 manat olan 583/585 əyar, 55 qram çəkidə 6 ədəd boyunbağı; dəyəri 2800 manat, 583/585 əyar, 36 qram çəkidə 3 ədəd dəst (sırğa və üzük); dəyəri 2400 manat olan 583/585 əyar, 30 qram çəkidə 5 ədəd üzük; dəyəri 960 manat, 583 əyar, 12 qram çəkidə 3 ədəd kulon; dəyəri 960 manat, 583/585 əyar, 12 qram çəkidə 2 cüt sırğa; dəyəri 800 manat 583 əyar, 15 qram çəkidə 1 ədəd saatdan ibarət qızıl-zinət əşyaları naturada, bu mümkün olmadıqda isə onların dəyəri alınıb X2 verilməlidir. İcra sənədi icraatda daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək ona borcunu ödəmək təklif edilmiş, lakin o, müxtəlif bəhanələrlə icradan yayınmaqla qaçıb gizlənmişdir. Buna görə də Şəxs barəsində Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-4562/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Buna baxmayaraq Şəxs barəsində çıxarılmış məhkəmə qərarından və görülmüş bütün məcburi icra tədbirlərindən nəticə çıxarmamış, icra sənədinin icrasından qərəzli surətdə boyun qaçırmışdır. Şəxs 14.200 manat məbləğində borcu vardır. Hazırda da Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınır. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, onun Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1042/2022 nömrəli icra sənədi üzrə ödəniş edə bilməmisinin səbəbi maddi imkansızlıqdır. O, borcunu etiraf edir. Lakin maddi imkanın olmamasına görə bir dəfəlik ödəniş edə bilmir. Maddi vəziyyəti düzələcəyi təqdirdə borcunu tam şəkildə ödəyəcəkdir. Sonda Şəxs qeyd olunanları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbiri verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1042/2022 nömrəli icra sənədindən görünür ki, Şəxs X2 məxsus olan, dəyəri 3100 manat olan 583/585 əyar, 40 qram çəkidə 5 ədəd qolbaq; dəyəri 3380 manat olan 583/585 əyar, 55 qram çəkidə 6 ədəd boyunbağı; dəyəri 2800 manat, 583/585 əyar, 36 qram çəkidə 3 ədəd dəst (sırğa və üzük); dəyəri 2400 manat olan 583/585 əyar, 30 qram çəkidə 5 ədəd üzük; dəyəri 960 manat, 583 əyar, 12 qram çəkidə 3 ədəd kulon; dəyəri 960 manat, 583/585 əyar, 12 qram çəkidə 2 cüt sırğa; dəyəri 800 manat 583 əyar, 15 qram çəkidə 1 ədəd saatdan ibarət qızıl-zinət əşyaları naturada, bu mümkün olmadıqda isə onların dəyəri alınıb X2 verilməlidir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)- 4562/2024 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşağı olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyənləşdirir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №3(125)-1725/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1725/2025
23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver