Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1726/2025 01.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, X1 xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokoldan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi onu göndərmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, şikayətdə inzibati xəta haqqında protokolun ləğv edilməsi xahiş edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən şikayətin inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda şikayət ərizəsinə inzibati tənbeh vermə haqqında qərarın surəti əlavə edilməmişdir. Belə olan halda məhkəmə təqdim edilmiş materialları natamam hesab edir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokolun ləğv edilməsinə dair şikayət ərizəsi şikayətçiyə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-1726/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1726/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver