Məhkəmə qərarları › İş №3(125)-1732/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1732/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1732/2024 10.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədov Ədil İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, icra sənədi üzrə tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə şəhəri, Vaqif küçəsi, ev 16 A-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş 10 may 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhər Məhkəməsinin 2(125)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs dəyəri 2.100 (iki min bir yüz) manat məbləğində olan 30 qram çəkidə 1 ədəd tros sep, dəyəri 1.000 (bir min) manat məbləğində olan 15 qram çəkidə 1 ədəd qızıl qolbağı, dəyəri 1.680 (bir min altı yüz səksən) manat məbləğində olan 24 qram çəkidə 1 ədəd fantaziya formalı qızıl komplekti, dəyəri 700 (yeddi yüz) manat məbləğində olan 10 qram çəkidə 1 ədəd nişan üzüyü, dəyəri 350 (üç yüz əlli) manat məbləğində olan 5 qram çəkidə 1 ədəd tək qaş qızıl üzük, dəyəri 420 (dörd yüz iyirmi) manat məbləğində olan 6 qram çəkidə ulduz formalı 1 ədəd üzük, 1 ədəd 350 (üç yüz əlli) manat dəyərində 5 qram çəkidə üzük, dəyəri 900 (doqquz yüz) manat məbləğində olan 1 ədəd «Bosh» markalı paltaryuyan maşın, dəyəri 800 (səkkiz yüz) manat məbləğində 1 ədəd «İndesit» markalı soyuducu, dəyəri 900 (doqquz yüz) manat məbləğində olan 128 düyüm ekranlı «E Max» markalı televizor, dəyəri 120 (bir yüz iyirmi) manat məbləğində olan «Daewoo» markalı televizor, dəyəri 70 (yetmiş) manat məbləğində olan şirniyyat bişirən 1 ədəd elektrikli soba, dəyəri 380 (üç yüz səksən) manat məbləğində olan İran İslam Respublikasında istehsal olunmuş 1 ədəd soba, dəyəri 70 (yetmiş) manat məbləğində olan qazla işləyən 1 ədəd mətbəx sobası, dəyəri 40 (qırx) manat məbləğində olan 1 ədəd mikser, dəyəri 25 (iyirmi beş) manat məbləğində olan 1 ədəd kofe aparatı, dəyəri 30 (otuz) manat məbləğində olan 1 ədəd blender, ümumi dəyəri 280 (iki yüz səksən) manat məbləğində olan 2 ədəd qazan dəsti, dəyəri 50 (əlli) manat məbləğində olan 1 ədəd elektrikli somavar, dəyəri 80 (səksən) manat məbləğində olan 1 ədəd od samovarı, dəyəri 30 (otuz) manat məbləğində olan tefal materialından hazırlanmış 1 ədəd sac, dəyəri 300 (üç yüz) manat məbləğində olan 1 ədəd tozsoran, ümumi dəyəri 100 (bir yüz) manat məbləğində olan 5 ədəd döşəkdən ibarət döşək dəsti, ümumi dəyəri 100 (bir yüz) manat məbləğində olan 5 ədəd yorğan, ümumi dəyəri 80 (səksən) manat məbləğində olan 5 ədəd yastıq, ümumi dəyəri 150 (bir yüz əlli) manat məbləğində olan 5 ədəd yataq örtüyü, ümumi dəyəri 250 (iki yüz əlli) manat məbləğində olan çarpayı, ümumi dəyəri 100 (bir yüz) manat məbləğində olan 2 ədəd stol, ümumi dəyəri 150 (bir yüz əlli) manat məbləğində olan 6 ədəd stul, dəyəri 50 (əlli) manat məbləğində olan 1 ədəd paltar asmalığı, dəyəri 40 (qırx) manat məbləğində olan 1 ədəd sərinləndirici, dəyəri 600 (altı yüz) manat məbləğində olan 1 ədəd mebel, ümumi dəyəri 240 (iki yüz qırx) manat məbləğində olan 2 ədəd xalça, ümumi dəyəri 230 (iki yüz otuz) manat məbləğində olan 2 ədəd çıl-çıraq, dəyəri 150 (bir yüz əlli) manat məbləğində olan 1 ədəd pərdə, dəyəri 70 (yetmiş) manat məbləğində olan 1 ədəd şirəli qazan ləyəni, ümumi dəyəri 100 (bir yüz) manat məbləğində olan 2 ədəd tefal materialından hazırlanmış ütü, həmin əşyalar olmadıqda isə onların dəyəri, habelə fərdi yaşayış evinin təmir-tikintisinə sərf edilmiş vəsaitin yarısının əvəzi qismində 5.060 (beş min altmış) manat məbləğində pul vəsaiti alınıb X2 verilməlidir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X6 bildirdi ki, Gəncə şəhər Məhkəməsinin 2(125)- 504/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ona tapşırılmışdır. Qeyd olunan icra vərəqəsi üzrə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq, o, borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Onun qalıq borcu 18145(on səkkiz min yüz qırx beş) manat təşkil edir. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, işinin olmadığı, maddi imkanı zəif olduğu üçün borcundan ödənişləri edə bilmir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkar X3 bildirdi ki, borcun tam şəkildə ödənilməsini tələb edir. Əks halda barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmişi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş: 10 may 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Gəncə şəhər Məhkəməsinin 2(125)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs dəyəri 2.100 (iki min bir yüz) manat məbləğində olan 30 qram çəkidə 1 ədəd tros sep, dəyəri 1.000 (bir min) manat məbləğində olan 15 qram çəkidə 1 ədəd qızıl qolbağı, dəyəri 1.680 (bir min altı yüz səksən) manat məbləğində olan 24 qram çəkidə 1 ədəd fantaziya formalı qızıl komplekti, dəyəri 700 (yeddi yüz) manat məbləğində olan 10 qram çəkidə 1 ədəd nişan üzüyü, dəyəri 350 (üç yüz əlli) manat məbləğində olan 5 qram çəkidə 1 ədəd tək qaş qızıl üzük, dəyəri 420 (dörd yüz iyirmi) manat məbləğində olan 6 qram çəkidə ulduz formalı 1 ədəd üzük, 1 ədəd 350 (üç yüz əlli) manat dəyərində 5 qram çəkidə üzük, dəyəri 900 (doqquz yüz) manat məbləğində olan 1 ədəd «Bosh» markalı paltaryuyan maşın, dəyəri 800 (səkkiz yüz) manat məbləğində 1 ədəd «İndesit» markalı soyuducu, dəyəri 900 (doqquz yüz) manat məbləğində olan 128 düyüm ekranlı «E Max» markalı televizor, dəyəri 120 (bir yüz iyirmi) manat məbləğində olan «Daewoo» markalı televizor, dəyəri 70 (yetmiş) manat məbləğində olan şirniyyat bişirən 1 ədəd elektrikli soba, dəyəri 380 (üç yüz səksən) manat məbləğində olan İran İslam Respublikasında istehsal olunmuş 1 ədəd soba, dəyəri 70 (yetmiş) manat məbləğində olan qazla işləyən 1 ədəd mətbəx sobası, dəyəri 40 (qırx) manat məbləğində olan 1 ədəd mikser, dəyəri 25 (iyirmi beş) manat məbləğində olan 1 ədəd kofe aparatı, dəyəri 30 (otuz) manat məbləğində olan 1 ədəd blender, ümumi dəyəri 280 (iki yüz səksən) manat məbləğində olan 2 ədəd qazan dəsti, dəyəri 50 (əlli) manat məbləğində olan 1 ədəd elektrikli somavar, dəyəri 80 (səksən) manat məbləğində olan 1 ədəd od samovarı, dəyəri 30 (otuz) manat məbləğində olan tefal materialından hazırlanmış 1 ədəd sac, dəyəri 300 (üç yüz) manat məbləğində olan 1 ədəd tozsoran, ümumi dəyəri 100 (bir yüz) manat məbləğində olan 5 ədəd döşəkdən ibarət döşək dəsti, ümumi dəyəri 100 (bir yüz) manat məbləğində olan 5 ədəd yorğan, ümumi dəyəri 80 (səksən) manat məbləğində olan 5 ədəd yastıq, ümumi dəyəri 150 (bir yüz əlli) manat məbləğində olan 5 ədəd yataq örtüyü, ümumi dəyəri 250 (iki yüz əlli) manat məbləğində olan çarpayı, ümumi dəyəri 100 (bir yüz) manat məbləğində olan 2 ədəd stol, ümumi dəyəri 150 (bir yüz əlli) manat məbləğində olan 6 ədəd stul, dəyəri 50 (əlli) manat məbləğində olan 1 ədəd paltar asmalığı, dəyəri 40 (qırx) manat məbləğində olan 1 ədəd sərinləndirici, dəyəri 600 (altı yüz) manat məbləğində olan 1 ədəd mebel, ümumi dəyəri 240 (iki yüz qırx) manat məbləğində olan 2 ədəd xalça, ümumi dəyəri 230 (iki yüz otuz) manat məbləğində olan 2 ədəd çıl-çıraq, dəyəri 150 (bir yüz əlli) manat məbləğində olan 1 ədəd pərdə, dəyəri 70 (yetmiş) manat məbləğində olan 1 ədəd şirəli qazan ləyəni, ümumi dəyəri 100 (bir yüz) manat məbləğində olan 2 ədəd tefal materialından hazırlanmış ütü, həmin əşyalar olmadıqda isə onların dəyəri, habelə fərdi yaşayış evinin təmir-tikintisinə sərf edilmiş vəsaitin yarısının əvəzi qismində 5.060 (beş min altmış) manat məbləğində pul vəsaiti alınıb X2 verilməlidir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş borcluya təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, borcunu ödəmədiyi halda qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətinə cəlb olunacağı barədə Şəxs xəbərdarlıq edilmişdir. Gəncə şəhər Məhkəməsinin 3(125)-3485/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs 700 manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən etməmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki barəsində inzibati xəta üzrə icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh seçilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına (bundan sonra Plenum Qərarı) əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Bu baxımdan, məhkəmə hesab edir ki, hazırki inzibati xəta barədə işə baxılan günə onun barəsində bütün icra imkanlarından istifadə edilmişdir. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü seçilməli və həbsin əvvəli 10 may 2024-cü ildən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 10 may 2024-cü il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar