Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1738/2024 23.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Şəxs (MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında DGK Tovuz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 00200-02542/24 saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki. Nizami rayonu, H.Ə.Hüseynzadə, ev 40 ünvanında qeydiyyatda olan "Frozenic” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə **********5290 saylı gömrük bəyannaməsi üzrə Türkiyə Respublikasında qeydiyyatda olan “FERNAS GİDA A.Ş” firmasına göndərilmiş “dondurulmuş böyürtkən (moruq)” yükünün müqabilində 40000 (qırx min) ABŞ dolları məbləğində valyuta vəsaitinin 39946 (otuz doqquz min doqquz yüz qırx altı) ABŞ dolları müvəkkil bank hesabına köçürülmüş, 54 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsi isə təmin edilməmiş və bununlada qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. İş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi və barəsində icraat aparılan hüquqi şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onların nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin və barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli Rəsmiləşdirmə mərkəzinin böyük inspektoru Abdulla Məmmədovun raportundan görünür ki Şəxs MMC-nin (VÖEN **********) tərəfindən Türkiyə Respublikasına ixrac edilmiş "dondurulmuş böyürtkən” yükünü **********5290 sorğu nömrəli gömrük bəyannaməsi ilə göndərdiyi 54 ABŞ dollarını bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına köçürülməmişdir. - X3 tərəfindən Şəxs MMC-yə MMC tərəfindən ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 gün ərzində müvvəkil bankda olan hesablara köçürülməsi barədə bildiriş göndərilmiş və inzibati qaydada cərimələnəcəyi barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli **********5290 nömrəli Gömrük bəyannaməsindən görünür ki, “dondurulmuş böyürtkən” yükü rəsmiləşdirilərək Türkiyə Cumhuriyyətinə ixrac edilmişdir. -15 aprel 2024-cü il tarixli “ İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, “ Şəxs MMC barəsində Azərbaycan Respublikası İXm-in 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. 24 aprel 2024-cü il tarixdə “ İşə baxılmanın vaxtı və yeri haqqında” qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinən Şəxs MMC və barəsində 00200-02542/24 saylı xəta haqqında işə xx.xx.2024-cü il tarixdə saat 10:00-da Tovuz Gömrük İdarəsində 10 saylı otaqda Şəxs MMC-nin nümayəndəsi və Əməliyyat vəTəhqiqat Şöbəsinin təhqiqatçısı X1 iştirakı ilə baxılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “icraatın başa çatdırılması haqqında” raportdan görünür ki, Tovuz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən “06” may 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 483cü maddəsi ilə təqsirli bilinən Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan "Frozenic” MMC barəsində başlanmış 00200-02542/24 saylı inzibati xəta haqqında iş üzrə icraatı başa çatdırılmışdır. 01 sentyabr 2023-cü il və 08 sentyabr 2023-cü tarixli pul köçürmə qəbzlərinin surətindən görünür ki, “Fernas Gida A.Ş” hüquqi şəxsi tərəfindən hissə-hissə 10.000 ABŞ dolları və 30.000 ABŞ dolları olmaqla – cəmi 40.000 ABŞ dolları məbləğində pul vəsaiti "Frozenic” MMC-nin hesabına köçürülmüşdür. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində göstərilirki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, inzibati xəta haqqında icraat materiallarında xx.xx.2023-cü il tarixdə **********5290 saylı gömrük bəyannaməsi üzrə Türkiyə Respublikasında qeydiyyatda olan “FERNAS GİDA A.Ş” firmasına göndərilmiş “dondurulmuş böyürtkən (moruq)” yükünün müqabilində 40000 (qırx min) ABŞ dolları məbləğində valyuta vəsaitinin 39946 (otuz doqquz min doqquz yüz qırx altı) ABŞ dolları müvəkkil bank hesabına köçürülməsi, qalan 54 ABŞ dolları isə Şəxs tərəfindən köçürülməməsi müəyyən edilsə də, 01 sentyabr 2023-cü il və 08 sentyabr 2023-cü tarixli pul köçürmə qəbzləri bu faktı tam təkzib etmişdir. Belə olan halda, inzibati xəta hadisəsi müəyyən edilməmişdir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 114.1.4-cü maddəllərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2024-cü il tarixli, 00200-02542/24 saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1738/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1738/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver