Məhkəmə qərarları › İş №3(125)-174/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-174/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-174/2024 19.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 1663/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən X2 mülkiyyətində olan 310.0 kvm sənədlər əsasında inşa edilmiş sahəsi 299.5 kv.m zirzəmi, sahəsi 240 kv.m olan satış zalı, sahəsi 25.0 kv.m pilləkən qəfəsəsi, sahəsi 17.7 kv.m olan iş otağı, sahəsi 25.0 kv.m olan sanitar qovşağı, 2-ci mərtəbəsi sahəsi 240.0 kv.m satış zalı, sahəsi 25.0 kv.m olan pilləkən qəfəsəsi, sahəsi 17.7 kv.m olan iş otağı, sahəsi 5.3 kv.m olan sanitar qovşağı, 3cü mərtəbəsi sahəsi 191.0 kv.m satış zalı, sahəsi 25.0 kv.m olan pilləkən qəfəsəsi, sahəsi 17.7 kv.m olan iş otağı, sahəsi 5.3 kv.m olan sanitar qovşağı, sahəsi 49.0 kv.m olan xidməti sahə olan “A” literli qeyri-yaşayış binası olan tikililərə X2, həmin binanın 1-ci mərtəbəsində yerləşən Nizami küçəsinə baxan hissəsində 40.0 kv.m sahənin X3 mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı müəyyən edilməsi və həmin hüquqların əmlakın dövlət reyestrində qeydə alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi yenidən xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, icranın təmin edilməsi üçün “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə İcraata başlamaq haqqında qərar qəbul edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1663/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra edilməsi üçün xx.xx.2023-cü il tarixdə DƏDKR PHŞ-nin 3 saylı Ərazi İdarəsinə göndərilmişdir. İcra sənədinin icrası DƏDKR PHŞ-nin 3 saylı Ərazi İdarəsi tərəfindən təmin edilmədiyindən tərəflərindən müxtəlif tarixlərdə, o cümlədən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə borclu DƏDKR PHŞ-nin 3 saylı Ərazi İdarəsinə xəbərdarlıq göndərilmişdir. Borclu DƏDKR PHŞnin 3 saylı Ərazi İdarəsi 2-10848/202 nömrəli məktubunda icra sənədi əsasında qərardaddan apellyasiya şikayətinin verildiyini əsas götürərək icra sənədinin icrasım təmin etməmişdir. Lakin Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1663/2011 nömrəli, xx.xx.2011-ci il və xx.xx.2012-ci il tarixli qərardadının qanuni qüvvədə olduğu məlum olmuşdur. Belə ki, borclu DƏDKR PHŞ-nin 3 saylı Ərazi İdarəsinin rəisi Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədinin icrasından dolayı yolla boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsasən DƏDKR PHŞ-nin 3 saylı Ərazi İdarəsinin rəisi Şəxs Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlidir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Nümayəndə DƏDKR PHŞ-nin 3 saylı Ərazi İdarəsinin rəisi Şəxs tərəfindən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1663/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinin icra edildiyini bildirirək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 DƏDKR PHŞ-nin 3 saylı Ərazi İdarəsinin rəisi Şəxs tərəfindən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1663/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinin icra etdiyini bildirirək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə inzibati icraat aparılan şəxsin və gəlməyən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1663/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən X2 mülkiyyətində olan 310.0 kvm torpaq sahəsində hüquqverici sənədlər əsasında inşa edilmiş sahəsi 299.5 kv.m zirzəmi, sahəsi 240 kv.m olan satış zalı, sahəsi 25.0 kv.m pilləkən qəfəsəsi, sahəsi 17.7 kv.m olan iş otağı, sahəsi 25.0 kv.m olan sanitar qovşağı, 2-ci mərtəbəsi sahəsi 240.0 kv.m satış zalı, sahəsi 25.0 kv.m olan pilləkən qəfəsəsi, sahəsi 17.7 kv.m olan iş otağı, sahəsi 5.3 kv.m olan sanitar qovşağı, 3-cü mərtəbəsi sahəsi 191.0 kv.m satış zalı, sahəsi 25.0 kv.m olan pilləkən qəfəsəsi, sahəsi 17.7 kv.m olan iş otağı, sahəsi 5.3 kv.m olan sanitar qovşağı, sahəsi 49.0 kv.m olan xidməti sahə olan “A” literli qeyri-yaşayış binası olan tikililərə X2, həmin binanın 1-ci mərtəbəsində yerləşən Nizami küçəsinə baxan hissəsində 40.0 kv.m sahənin X3 mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı müəyyən edilməsi və həmin hüquqların əmlakın dövlət reyestrində qeydə alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2023cü il tarixdə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Şəxs tərəfindən Gəncə şəhər üzrə İcra İdarəsinə göndərilmiş xx.xx.2023-cü il məktubun surətindən görünür ki, borclu DƏDKR PHŞ-nin 3 saylı Ərazi İdarəsi 2- 10848/202 nömrəli məktubunda icra sənədi əsasında qərardaddan apellyasiya şikayətinin verildiyini əsas götürərək icra sənədinin icrasım təmin etməmişdir. İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(044)- 1663/2011 nömrəli məktubuna əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1663/2011 nömrəli, xx.xx.2011-ci il və xx.xx.2012-ci il tarixli qərardadının qanuni qüvvədə olduğu məlum olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borclunun inzibati məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər tərəfindən verilmiş ərizələrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Şəxs tərəfindən tərəfindən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1663/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinin icra etdiyini bildirirək iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki,bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarında olan tərəflərin izahatından və ərizələrdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Şəxs tərəfindən tərəfindən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1663/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi tam şəkildə edilmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, , Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Şəxs inzibati məsuliyyətdən azad edilməklə onun barəsində MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 109.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icraat aparılan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Şəxs inzibati məsuliyyətdən azad edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar