Məhkəmə qərarları › İş №3(125)-1743/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1743/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1743/2025 04.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 13 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Şəxs İXM-nin 555.3-cü maddəsi ilə təqsirli bilinərək 1800 (min səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsə də, bu qərarın icrası ilə əlaqədar X2 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2- 15541/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlərin görülməməsi olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında tətbiq edilmiş 1800 (min səkkiz yüz) manat məbləğində inzibati cəriməni 02 avqust 2024-cü il tarixində ödəmişdir (bu barədə 34657649 saylı qəbzi prosesdə təqdim etdi). Lakin buna baxmayaraq X2 Xidməti tərəfindən əsassız olaraq barəsində hazırki inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haaqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar X2 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-15541/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Qeyd edilənlərə əsasən vəzifəli şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Bundan başqa məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Kamal Əzimov Şəxs təqdim etdiyi ödəniş qəbzinə münasibət bildirərkən qeyd etdi ki, Şəxs sözügedən cəriməni “AsanPay” vasitəsi ilə ödəmədiyindən həmin cərimə “AsanPay”-də ödənilməmiş göstərir, belə ki, onlar inzibati cəriməni tərtib edərkən onun ödənilib-ödənilməməsini AsanPay vasitəsi ilə yoxlayırlar. İş materiallarında olan 02 avqust 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 1800 manat məbləğində inzibati cərimə X2 Xidmətinin hesabına keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İlk olaraq məhkəmə qeyd edir ki, İXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, 02 avqust 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 02 avqust 2024-cü il tarixdə 1800 manat məbləğində inzibati cərimə ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın icrası ilə əlaqədar X2 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-15541/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməməsi qeyd edilsə də, barəsində protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında tətbiq edilmiş 1800 (min səkkiz yüz) manat məbləğində inzibati cəriməni xx.xx.2024-cü il tarixdə ödəmişdir. Buna baxmayaraq X2 Xidməti tərəfindən cərimənin ödənilməsi üsulunun hüquqi nəticələrə təsirinin olmaması nəzərə alınmayaraq, protokolun tərtib edilməsi zamanı bu ödənişin “AsanPay” ödəniş portalında mövcudluğu əsas götürülmüşdür (halbuki, cərimənin məhz “AsanPay” sistemi vasitəsilə ödənilməsi barədə qanunla müəyyən edilmiş məcburi tələblər mövcud deyil). Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş hazırkı inzibati xəta haqqında protokol üzrə inzibati cərimə Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə ödənildiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata əməldə inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar