Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1766/2024 13.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X4, zərər çəkmiş şəxslər X2, X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs Mirabbas oğlunun iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Mirabbas oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Mirabbas oğlunun Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər 2-ci Polis Şöbəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X8 tərəfindən tərtib olunmuş 13 may 2024-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs Mirabbas oğlu xx.xx.2024-cü il tarixdə Gəncə şəhər 4 mkr bina 23A, mənzil 70-də yaşayan X5 məxsus 250 manat dəyəri olan velosipedi oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə şəhəri 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X8 tərəfindən tərtib olunmuş 13 may 2024-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs Mirabbas oğlu xx.xx.2024-cü il tarixdə Gəncə şəhər, D.Qorduq küçəsi bina 6, mənzil 3-də yaşayan X3 məxsus avtomobildən 90 manat dəyərində akumlyator oğurlamışdır. Barəsində inzibati icraat aparılan Şəxs Mirabbas oğlunun törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialların bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X8 çıxış edərək bildirdi ki, Şəxs Mirabbas oğlu xx.xx.2024-cü il tarixdə Gəncə şəhər 4 mkr bina 23A, mənzil 70-də yaşayan X5 məxsus 250 manat dəyəri olan velosipedi oğurlamışdır. Bundan başqa o xx.xx.2024-cü il tarixdə Gəncə şəhər, D.Qorduq küçəsi bina 6, mənzil 3-də yaşayan X3 məxsus avtomobildən 90 manat dəyərində akumlyator oğurlamışdır. Onun əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, lakin, Şəxs Mirabbas oğlu tərəfindən törədilmiş əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsində nəzərdə tutulan xırda talama inzibati xətasının təkibi yarandığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Mirabbas oğlu məhkəmə iclasında ona isnad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, inzibati xəta haqqında protokolda qeyd olunan əməli törətmişdir. Əməlinə görə peşmançılıq çəkir və bir daha belə əməl törətməyəcəyinə söz verir. Əlavə olaraq bildirir ki, zərərçəkmiş şəxslərə dəymiş zərəri tam olaraq ödəmiş və onlarla barışmışdır. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X7 izahatında bildirdi ki, Şəxs Mirabbas oğlu ona dəymiş maddi zərəri tam şəkildə ödədiyindən, onunla barışmış, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, Şəxs Mirabbas oğlu ona dəymiş maddi zərəri tam şəkildə ödədiyindən, onunla barışmış, ona qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il qərardan görünür ki, Şəxs Mirabbas oğlunun əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il qərardan görünür ki, Şəxs Mirabbas oğlunun əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs Mirabbas oğlu xx.xx.2024-cü il tarixdə saat 17-35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs Mirabbas oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs X7 və X6 tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Mirabbas oğlu onlara dəymiş zərəri tam şəkildə ödəmişdir, onların həmin şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Mirabbas oğlu zərər çəkmiş şəxslərə dəymiş zərəri tam şəkildə ödəyərək, onlarla barışdığından, İXM-in 39.2-ci maddəsinə əsasən o, inzibati məsuliyyətdən azad edilməli və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Mirabbas oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, zərər çəkmiş şəxslərə dəymiş zərəri tam şəkildə ödəyərək, onlarla barışdığından həmin Məcəllənin 39.2ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1766/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1766/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver