Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-177/2024 31.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X4, qərarından şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası X2 (AQTA) X1 aparıcı məsləhətçisi Nümayəndə 13 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası X2 (AQTA) Gəncə regional bölməsinin aparıcı məsləhətçisi Nümayəndə tərtib etdiyi xx.xx.2023-cü il tarixli, MN № 13312311 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X8 həmin qərardan şikayət verərək bildirmişdir ki, tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1312311 nömrəli qərarda qeyd edilir ki, buğda unu məhsulunun sertifikatlaşdırmadan satışını həyata keçirmişdir. Halbuki, qətiyyən belə hal baş verməmiş, tərəfindən hər hansı bir satış həyata keçirilməmişdir. Əgər həqiqətən də satış varsa bu barədə akt tərtib edilərək inzibati icraatın iş materiallarına əlavə edilməlidir. (iş materiallarında isə belə bir akt mövcud deyil). İnzibati orqan onu cəmi 25 manatı, yəni sertifikatlaşmanın pulunu ödəmədiyi üçün 1500 manat məbləğində cərimə edilmişdir. Bu özü-özlüyündə də ədalətli deyil və absurddur. Belə ki, sertifikatlaşma üçün sözügedən məbləğin ödənilmə tarixi və proseduru barədə mənə heç bir məlumat verilməmiş, xəbərdarlıq edilməmişdir. Obyektdə Azərbaycan Respublikasının X6 X1 əməkdaşları tərəfindən aparılan yoxlama, yəni baxış qanunvericiliyin müəyyən etdiyi prosedur qaydalar çərçivəsində təşkil olunmamışdır. Belə ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqi ər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə «Sahibkarlıq sahəsində yoxlamaların istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsinin qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq olunan həmin Əsasnamənin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajlarin, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Göründüyü kimi inzibati xəta barədə protokola yoxlayıcı orqanın vəzifəli şəxsinin yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışın sahibkarlıq fəaliyyətinin subyektinə təqdim edilməsinə dair məcburi göstəriş vardır. X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN/1312311 nömrəli qərarın surətini mən xx.xx.2024-cü il tarixdə qəbzə imza etməklə əldə etmişdir. Göstərilənlərə əsasən inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında X8 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası X2 (AQTA) X1 aparıcı məsləhətçisi Nümayəndə şikayətlə razı olmayaraq bildirdi ki, sertifikatlaşdırılmamış qida məhsullarının satışı qadağandır. İnzibati xəta törədən şəxsə bu barədə bildiriş göndərilmişdir. AQTA tərəfindən məhsula baxış keçirilməli, daha sonra məhsul satışa çıxarılmalı idi. Agentlik tərəfindən anbara baxış keçirilmiş, lakin orada heç bir məhsul aşkar edilməmişdir. O, tərtib edilmiş qərarı qanuni hesab edərək, qərarın ləğv olunması üçün heç bir əsas olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası X2 (AQTA) X1 aparıcı məsləhətçisi Nümayəndə 06 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 06 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında işə baxılmasına dair protokoldan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 manat miqdarında cərimə edilmiş və bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın pozulması haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, sahibkarın obyektinə baxış keçirilməsi zamanı X5 məxsus anbarda heç bir məhsul aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş müraciət nömrəsi İD********** olan Rusiya Federasiyasından idxal olunmuş ümumi çəkisi 21800 kq olan buğda unu məhsullarına sertifikatın verilməsi üçün elektron ərizə "xxxx" MMC tərəfindən X2 elektron ünvanına göndərilmişdir. Bunda başqa iş materiallarına əlavə edilmiş 05 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, Rusiya Federasiyasından idxal olunmuş ümumi çəkisi 21800 kq olan buğda unu məhsulunun satıldığı və anbarda olmadığı müəyyən edilmiş, bu barədə X10 akta imza etmişdir. İş materiallarına əlavə edilmiş 06 sentyabr 2023-cü il tarixli bildirişdən görünür ki, X8 Azərbaycan Respublikası X2 (AQTA) X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması üçün bölməyə gəlməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası İXM-in 447.0.4-cü maddəsinə əsasən, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qeyd olunmalıdırki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 18.5-ci maddəsinə əsasən qanunla tələb olunduğu halda, lisenziyanın verilməsi üçün dövlət rüsumu və icazənin verilməsi üçün dövlət rüsumu və ya ödəniş bu Qanunun 19.10-cu maddəsinin birinci cümləsinə uyğun olaraq, lisenziya və icazə verən orqanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim olunur. Həmin qanunun 19.1-ci maddəsinə əsasən Lisenziya və icazə verən orqan ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qanunun 18.1-ci və 18.2-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq lisenziya və icazə verən orqan onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Bundan başqa, X8 şikayətində yoxlayıcı orqanın vəzifəli şəxsinin yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı təqdim etmədiyini, bu səbəbdən yoxlamanın qanunsuz aparıldığını qeyd etmişdir. Məhkəmə şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama dedikdə, yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu başa düşülür. Qanunun mənasına görə, sahibkarlıq subyektinin məhz sahibkarlıq fəaliyyətinin qiymətləndirilməsi üzrə yoxlama tədbirləri müvafiq qaydada dövlət qeydiyyatdından keçirilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən İD********** nömrəli müraciətdən görünür ki, idxal olunan məhsul barədə elektron formada Azərbaycan Respublikasının X6nə məlumat daxil olsa da, şikayətçi X8 qanunverilcilikdə nəzərdə tutulmuş qaydada icazə almadan məhsulu satmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qanunvericiliyin tələbindən də görünüyü kimi, idxal olunmuş məhsul məcburi sertifikatlaşdırılmalı olmasına baxmayaraq vəzifəli şəxs tərəfindən malların sertifikatlaşdırılması qaydası aparılmamış, məhsula dair anbardan satış aparılmışdır. Bu barədə akt tərtib olunmuş, vəzifəli şəxs A.Məmmədov aktı öz imzası ilə təsdiq etmişdir. A.Məmmədov tərəfindən pozuntuya yol verildiyindən bu barədə qanunamüvafiq qaydada protokol və qərar tərtib edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, X8 barəsində İXM-nin 447.0.4-ci maddəsi ilə inzibati xəta haqqında icraat aparılarkən də hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onun barəsində inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş (İXM maddə 100), inzibati tənbeh vermə haqqında qərar İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası X2 (AQTA) X1 aparıcı məsləhətçisi Nümayəndə 13 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-177/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-177/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver