Məhkəmə qərarları › İş №3(125)-1770/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1770/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1770/2024 23.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Rəşad Şahin oğlunun katibliyi, X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin DYPŞ-nin yolpatrul xidməti inspektoru, polis serjantı X5 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və başlanılmış icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X2 şəhər X11 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. X4 hesab edir ki, qeyd edilən qərar əsassız və qərəzlidir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, protokoldan inzibati xətanın nədən ibarət olması görünmür, qərarda isə yazılır ki, guya o, nəqliyyat vasitəsini idarə edərkən narkotikdən istifadə etməyinə görə sərxoş vəziyyətdə olmuşdur. Bu sözlər tamamilə uydurmadır. Törədilən saxtakarlığın, həm də özbaşınalığın tarixi bu ilin yanvar ayının 10-na təsadüf edir. Həmin gün onun idarəsində olan VAZ 217230 markalı **-UL-*** nömrəli minik avtomobili saat 16: 30 radələrində Gəncə muzeyinin qarşısında Nissan markalı avtomobil ilə toqquşmuş (təqsir Nissanın sürücüsündə olmuşdur), hadisə yerinə gələn Elturan adlı yol polis inspektoru onu sürücü kimi narkoloji yoxlama etdirmiş, onda nə narkotikdən, nə də alkoqoldan əlamət tapılmamışdır. O avtomaşınının əziyini düzəltdirmək üçün atası ilə ustanın yanına gedərkən Gəncə şəhər DYPŞ-in binası yerləşən küçədən keçəndə qəza haqqında profokolun nə zaman sığorta xidmətinə təqdim ediləcəyini öyrənmək üçün şöbəyə girib, inspektor Elturanı axtarmış, tanışları onunla telefon əlaqəsi yaradıb, öyrəndilər ki, inspektor tezliklə şöbəyə gələcəkdir. O, dəhlizdə inspektoru gözləyəndə tanımadığı inspektor K.Kazımov onun avtomaşınını həyətdə qəzaya uğramış görərək, müftə pul qazanmaq üçün və ya sürücüsü qadın olan Nissanın qisasını almaq üçün onu dəhlizdə sözün əsl mənasında, yaxalayıb yenidən narkoloji dispanserə aparmışdır. O, onu saat yarım əvvəl yoxlamış qadın həkimə cibindən test çıxarıb, təsir edərək guya sidik nümunəsində marixuana əlaməti olmasına dair saxta rəy almışdır. Qanunsuz olaraq 1 sutka polis şöbəsində saxlatdırdıqdan sonra o, yanvarın 11-də onu məhkəməyə aparıb Elxan Əlizadə adlı hakimin vasitəsilə Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsində nəzərdə tutulan xətaya görə 300 manat cərimə etdirmişdir. Barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin DYPŞ-nin yolpatrul xidməti inspektoru, polis serjantı X7 bildirdi ki, şikayət vermiş şəxsin bildirdikləri əsassızdır. Şəxs narkoloji müayinədən keçirilmiş, müayinə nəticəsində narkotik vasitə istifadə edərək avtomobil idarə etməsi müəyyən edilmişdir. Şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, şikayət vermiş şəxsin izahatını dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan: X3 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. 17 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1- Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X3 təqsiri təsdiq olunur. Beləliklə, X3 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Şikayətçinin inzibati tənbehvermə müddətinin keçməsi ilə bağlı bildirdikləri barədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə cinayət işinin başlanması rədd edilməsi haqqında qərarın 17 fevral 2024-cü il tarixdə qəbil edilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, cəlbetmə müddəti keçməmişdir. Buna görə də, X3 barəsində Gəncə şəhər X11 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X11 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X11 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar