Məhkəmə qərarları › İş №3(125)-1776/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1776/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1776/2024 29.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, Ağdam rayonu, Ağdamkənd sahəsində qeydiyyatda olan, Ağcabədi rayonu Qaravəlli yəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X17 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində D.Qorqud küçəsi ilə İ.Cəfərov küçəsinin kəsişməsində X2 idarə etdiyi Ford Fusion markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəxs idarə etdiyi Mercedes E240 markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində X1 qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, hadisə ehtiyatsızlıqdan baş vermişdir, özünü təqsirli bilir, əməlindən peşmandır. Cərimə cəzasının tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs X7 məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarıda olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 12 iyul 2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi baş verdiyi yerə baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib olunmuş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinə əlavə olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 avqust 2023-cü il tarixli, 8/2198 nömrəli rəydən məlum olur ki,

1. Mercedec Benz E 240 markalı **-NJ-*** dövlət qeydiyyat nişanl avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkət haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinh (2.5 “dayanmadan keçmək qaddağandır” üstünlük yol nişanının) tələblərin uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. Ford Fusion markalı 99-Nf-493 dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü X2 hərəkətlərində «Yol hərəkə haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsini tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etmək hadisənin qarşısını almğa texniki imkanı olmuşdur. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1058 nömrəli rəyindən görünür ki, X7 bədəni üzərində müəyyən edilmiş xəsarət – müəyyən edilmiş xəsarətlər - sol göz ətrafı nahiyəsinin səthi yaraları-bərk, küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərann təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aid edilir. Sürücülük vəsiqəsinin sürətindən görünür ki,X3 AC 620 608 saylı -BC- kateqoriyalı sürcülük vəsiqəsi xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək verilmişdir. Sürücülük vəsiqəsinin sürətindən görünür ki, Şəxs AC 920 624 saylı -BCkateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək verilmişdir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli 1765/2023 nömrəli sərxoşluq aktından görünür ki, Şəxs avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuşdur. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli 2228/2023 nömrəli sərxoşluq aktından görünür ki, X4 avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 241 saylı arayışdan məlum olur ki. təqsirləndirilən şəxs X4 dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenenatı X10 tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X18 Şöbəsinə göndərilməsi qərara alınmışdır. İnzibati araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, onun BC kateqoriyalı sürcülük vəsiqəsi vardır. Mercedec Benz E 240 markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsamda idarə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində X7 və X8 ilə birlikdə onun idarə etdiyi avtomobil ilə Gəncə şəhəri İ.Cəfərov küçəsi ilə D.Qorqud küçəsinin kəsişməsində D.Qorqud küçəsi ilə düzünə hərəkətdə olan Ford Fusion markalı avtomobil ilə toqquşma baş vermişdir. X15 markalı avtomobilin sürcüsü X4 olduğunu bilmişdir. Toqquşma nəticəsində o və avtomobilində olan dİgƏT SƏmİşİnlƏr XƏSaTƏt almişdlt. Müayinə olunmaq üçün Gənc» şstvər AAsbassəKəıt adma xəstəxanaya müraciət etmişdir. Hadisənin baş verməsinə səbəb onun avtomobili ehtiyyatsız idarə edərək stop nişanının tələblərinə əməl etməməyi digər avtomobilin yəni Ford Fusion markalı avtomobilin sürcüsünün isə avtomobili sürətlə idarə etnməyi olmuşdur. O həmin avtomobili təxminən 10 metr məsafədə görmüşdür. O avtomobilimi təxminən 10 km/saat sürətlə iddarə edirmiş və təhlükəzilik kəmərindən istifadə etmişdir. O ford fusion markalı avtomobili təxminən 10 metr məsafə qalmış gördüyü üçün hadisənin qarşısını ala bilmək üçün heç bir tədbir görə bilməmişdir. Araşdırma zamanı izahatı alınmış X7 ifadəsində göstərmişdir ki, xx.xx.2023- cü il tarixdə saat təxminən 22 radələrində o qızı X9 ilə sSfrjw Asäsü AJdf QğjLüüm idaxə etdiyi "Metsedes E240" **-NJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri İsax Cəfərov küçəsi ilə D.Qorqud küçəsi istiqamətində hərəkətdə olarkən İ.Cəfərov küçəsi ilə D.Qorqud küçəsinin kəsişməsində "Ford Fusion" markalı **-NF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobiln sürücüsü adı sonradan mənə məlum olan X2 idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol- nəqliyyat hadisəsi zamanı o, qızı Aysun Mustafayeva və sürücü Şəxs xəsarət almışdrlar. Müayinə olunmaq üçün o, qızı X14 şəhər TTY xəstəxansına müraciət etmişdirlər. Xəstəxanada həkimlər onları müayinə etmişdirlər. Sürücü Şəxs müayinə olunmaq üçün Gəncə şəhər Abbas Səhət adma xəstəxanaya müraciət etmişdir. O və qızı hadisə zamanı avtomobilin salonunda arxa tərəfdə əyləşdikərindən və gecə vaxtı olduğundan hadisənin hansı səbəbdəndə baş verməsi barədə heçnə deyə biləməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş şəxsin etirafedici ifadəsi, inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməlidir. İXM-in 327.8-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur Bundan başqa Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X17 Şöbəsinə göndərilməlidir . Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X17 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar