Məhkəmə qərarları › İş №3(125)-1784/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1784/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1784/2024 11.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X5, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.6 və 198.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.6 və 198.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs (FİN: xxxxxxx) - xx xxxx 1981-ci ildə Ucar rayonu Yuxarı Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, ADY QSC-nin Hərəkət Vasitələrinin Təmiri Departamentinin, Lokomotivlərin Təmiri Xidmətinin Gəncə Lokomotivlərin Təmiri Deposunun rəisi vəzifəsində işləyən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 16, mənzil 28-də qeydiyyatda olmaqla Gəncə şəhərində kirayədə yaşayan «Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqqında təlimat»ın 3-cü bəndinin tələblərini pozaraq işçiləri fərdi mühafizə vasitələri və xüsusi geyim forması ilə təmin etməmiş, belə ki, həmin Deponun Elektrovozların təmiri sexinin hərəkət heyətinin təmiri üzrə çilingəri işləyən X3 26 noyabr 2023-cü il tarixdə qoruyucu vasitə, fərdi mühafizə vasitələri və xüsusi geyim forması ilə təmin etməyərək işə buraxmış, Fehruz Hüseynov saat 16:30 radələrində teplovozun dartı mühərriklərinin yerini dəyişib qurtardıqdan sonra raspolkanı (sırğanı) yerinə qoyub qaykasını bərkidərkən dəmir açarı özünə tərəf dartan vaxt sol tərəfində yerləşən qoruyucu çəpərin üstünə yıxılaraq 12-ci döş fəqərəsində kompression sınıqdan ibarət olan və küt əşyanın təsiri nəticəsində əmələ gəldiyindən və ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarət almışdır. Bununla da texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş ADY QSC-nin Hərəkət Vasitələrinin Təmiri Departamentinin, Lokomotivlərin Təmiri Xidmətinin Gəncə Lokomotivlərin Təmiri Deposunun rəisi Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan həmin Deponun Elektrovozların təmiri sexinin hərəkət heyətinin təmiri üzrə çilingəri işləyən X1 az ağır zərər vurulmasına səbəb olmuşdur. Ona görə də Azərbaycan Respublikası İXM-in 198.1.6 və 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və aidiyyəti üzrə baxılması üçün Gəncə şəhər məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X7 inzibat icraat haqqında qərarı müdafiə edərək izahatında bildirdi ki, Şəxs «Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqqında təlimat»ın 3-cü bəndinin tələblərini pozaraq işçiləri fərdi mühafizə vasitələri və xüsusi geyim forması ilə təmin etməmiş, belə ki, həmin Deponun Elektrovozların təmiri sexinin hərəkət heyətinin təmiri üzrə çilingəri işləyən X3 26 noyabr 2023-cü il tarixdə qoruyucu vasitə, fərdi mühafizə vasitələri və xüsusi geyim forması ilə təmin etməyərək işə buraxmış, Fehruz Hüseynov saat 16:30 radələrində teplovozun dartı mühərriklərinin yerini dəyişib qurtardıqdan sonra raspolkanı (sırğanı) yerinə qoyub qaykasını bərkidərkən dəmir açarı özünə tərəf dartan vaxt sol tərəfində yerləşən qoruyucu çəpərin üstünə yıxılaraq 12-ci döş fəqərəsində kompression sınıqdan ibarət olan və küt əşyanın təsiri nəticəsində əmələ gəldiyindən və ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarət almışdır. Bununla da texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş ADY QSC-nin Hərəkət Vasitələrinin Təmiri Departamentinin, Lokomotivlərin Təmiri Xidmətinin Gəncə Lokomotivlərin Təmiri Deposunun rəisi Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan həmin Deponun Elektrovozların təmiri sexinin hərəkət heyətinin təmiri üzrə çilingəri işləyən X1 az ağır zərər vurulmasına səbəb olmuşdur. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 198.1.6 və 198.3-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi kiekspertiza rəyinə də əsasən X2 xəsarət almasın səbəb onun təqsirli olaraq etdiyi əməllrə olmuşdur. Hadisənin baş verməsində onun hər hansı bir təqsiri olmamışdır. İşçiləri xüsusi geyim vasitələri təmin etmək üçün o müraciə etməmişdir. Çünki o işə yeni başlamışdır və təhvil təslim tam baş çatmamışdır. Eyni zamanda İXM-nin 198.1.6-cı maddəsi ilə departamentin rəisi cəzalandırılmışdır. Yeni də onun barəsində qərar qəbul edilməsi əsassızdır. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 198.1.6 və 198.3-cü maddələri ilə başlanmış inzibati xətaq haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ADY QSC-nin Hərəkət Vasitələrinin Təmiri Departamentinin, Lokomotivlərin Təmiri Xidmətinin Gəncə Lokomotivlərin Təmiri Deposunun rəisi vəzifəsində işləyən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.1.6 və198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə tibb-ekspertizasının 217 saylı 27 fevral 2024-cü il tarixli rəyindən görünür ki, X2 döş qəfəsinin KT müayinəsi zamanı 12 döş fəqərəsində kompression sınıq müəyyən edilmişdir. Bu xəsarət küt əşyanın təsiri nəticəsində meydana gəlmişdir. Ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərərvurmaya aid edilir. Məhkəmə təhlükəsizlik texnikası ekspertizasənın əməyin təhlükəsizliyinin tədqqiqi ekspertizasım 04 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2045 nömrəli ekspert rəyində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur ki. bu da hadisənin baş verməsinin səbəbi olmuşdur. Gəncə Lokomotivlərin Təmir Deposunda təmirçi işləyən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırılmış, bilikləri yoxlanılmış X4 teplovozun dartı mühərriklərin yerini dəyişib qurtardıqdan sonra raspolkanı (sırğanı) yerinə qoyub qaykasını bərkidərkən öz fərdi təhlükəsizliyini qorumadığına görə, «Təşkilat, idarə və müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. İşçilər fərdi mühafizə vasitələri və xüsusi geyim forması ilə təmin edilmədiyinə görə, «Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqqında təlimat»ın 3-cü bəndinin tələbləri Gəncə Lokomotivlərin Təmir Deponun rəisi tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə Daşkəsən Regional İdarəsi tərəfindən qəbul edilmiş qərardan görünür ki, baş vermiş hadisə ilə əlaqədar ADY QSC-nin Hərəkət Vasitələrinin Təmiri Departamentinin rəisi X8 İXM-nin 198.1.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 56-c-24 saylı materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, proses iştirakçısının çıxışını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə təhlükəsizlik texnikası ekspertizasənın əməyin təhlükəsizliyinin tədqqiqi ekspertizasım 04 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2045 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur ki. bu da hadisənin baş verməsinin səbəbi olmuşdur. Gəncə Lokomotivlərin Təmir Deposunda təmirçi işləyən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırılmış, bilikləri yoxlanılmış X4 teplovozun dartı mühərriklərin yerini dəyişib qurtardıqdan sonra raspolkanı (sırğanı) yerinə qoyub qaykasını bərkidərkən öz fərdi təhlükəsizliyini qorumadığına görə, «Təşkilat, idarə və müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Göründüyü kimi ekspertiza rəyində şəxsin xəsarət almasına səbəb kimi «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələblərinin pozulması göstərilmiş və həmin maddənin tələblərinin də məhz X4 tərəfindən pozulması qeyd edilmişdir. İXM-nin 198.3 maddəsində nəzərdə tutulan inzibati xətanın dispozisiyasına əsasən isə əməldə inzibati xəta tərkibinin yaranması üçün texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması baş verməlidir. Göründüyü kimi hadisənin baş verməsinə səbəb texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması deyil X4 teplovozun dartı mühərriklərin yerini dəyişib qurtardıqdan sonra raspolkanı (sırğanı) yerinə qoyub qaykasını bərkidərkən öz fərdi təhlükəsizliyini qorumadığına görə baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkib hissəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Şəxs barəsində tərtib edilmiş inzibati xəta qərarda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə yanaşı, həmçinin 198.1.6-cı maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 198.1.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə Daşkəsən Regional İdarəsinə göndərilməlidir Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Gəncə Daşkəsən Regional İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar