Məhkəmə qərarları › İş №3(125)-1785/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1785/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1785/2024 22.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X9, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Daşkəsəndə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Aqta altı ərazisində qeydiyyatda olmaqla yaşayan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X13 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(040)-1032/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 14 iyun 2015ci il təvəllüdlü X5 və 01 aprel 2017-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq, X2nın xeyrinə ödənilməlidir. İcra sənədi müvafiq olaraq xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin dərhal icrası ilə bağlı bildiriş verilmişdir. X2 xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək icra sənədi üzrə borclunun 1940 manat aliment borcu olduğunu bildirmiş və borclu barəsində borcunu ödəmədiyi təqdirdə qanunla nəzərdə tutulmuş qaydada məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu Şəxs izahatında borcunu tam şəkildə ödəməyə imkanı olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs barəsində icra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş, lakin borclu borcunu tam şəkildə ödəməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutylan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X13 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu X9 bu günə olan borcu 1940 manat təşkil edir. Onun pensiyasından hər ay tutulmalar olur və borcluya ödənilir. Qalan borcun yığılmasın səbəb məhkəmənin qərar qəbul edilməzdən əvvəlki dövrə görə alimentin hesablanması olmuşdur. Hal-hazırda 1940 manatdan 400 manat daha ödəniş etmişdir. Qalan borc 1540 manat təşkil edir. Protokolu müdafiə edərək qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X13 izahatında bildirdi ki, İİ qrup gözdən əlildir. İşləmə imkanı yoxdur. Hər ay pensiyasından övladılarını pul ödəyir. Tələbin könüllü icrası ilə bağlı bildiriş ona təzə verilmişdir. Həmin aydan da ödənişləri edir. Hər ay mütəmadi olaraq ödəniş edir. Yığılan borc əvvəldən qalan borcdur. Həmin borcundan 400 manat məbləğində daha ödəniş etmişdir, qalan hissəsini də ödəyəcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 izahatında bildirmişdir ki, onunda maddi imkan aşağıdır. Uşaqlarını əməliyyat etdirməlidir. Uşağının da gözündə sağlığı ilə bağlı problem var. Əməliyyat olunmasa görmə imkanından məhrum oluna bilər. Aliment pulunu ona görə istəyir. Qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(040)- 1032/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 14 iyun 2015-ci il təvəllüdlü X5 və 01 aprel 2017-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq, X2nın xeyrinə ödənilməlidir. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli xəbərdarlıqların sürətindən görünür ki, Şəxs borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, ödəmədiyi təqdirdə 500 manatdan 1000 manatadək cərimə və 30 gün müddətinədək həbs olunacağı bildirilmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs 400 manat daha ödəniş etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Şəxs borcundan 400 manat ödəniş etmiş, ödənilməyən 1540 manat qalmışdır. Eyni zamanda mütəmadi olaraq aliment ödənişləri ödənilir. Qalan borcunu hər ay hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Onun pensiyası ilə bağlı müavinətdən də hər ay ödənişlər tutulur. Lakin bütün bu hallara baxmayaraq icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olub-olmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, X10 tərəfindən mütəmadi ödənişlər edilir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxsnın əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxsnın əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar