Məhkəmə qərarları › İş №3(125)-1786/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1786/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1786/2023 25.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 529.3cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Şəxs onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-ci maddəsinə müvafiq olaraq onun iştirakı olmadan İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmış Şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olanxx.xx.2023-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati xətanın törədilməsinə görə ona təyin olunmuş inzibati cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə, inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası İXM-in 529.3. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 (altı) ay müddətə məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 45-48, 114, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Cəfərli İş № 3(125)-1786/2023 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 25 avqust 2023-cü il Gəncə şəhəri GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala dair işə məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını açır və baxılası inzibati işi elan edir. Məhkəmə iclası saat 10:40-da başlandı. Sədrlik edən iş üzrə tərəflərin məhkəmə iclasına gəlib-gəlmədiyini öyrənmək üçün sözü məhkəmə iclasının katibinə verdi. Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Sədrlik edən yerində qısa müşavirə edərək Q Ə R A R A A L D İ: Məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Sədrlik edən işdə olan sənədləri nəzərdən keçirərək müşavirə otağına getdi, qayıdaraq qərarı elan etdi. Sədrlik edən məhkəmə iclasını saat 10:45-də bağlı elan etdi. Sədrlik edən: Orxan Cəfərli Məhkəmə iclas katibi: Səxavət Allahverdiyev İş № 3(125)-1786/2023 İnzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında QƏRARDAD 25 avqust 2023-cü il Gəncə şəhəri Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş üzrə toplanmış materialları nəzərdən keçirərək hesab edirəm ki, iş aidiyyatı üzrə düzgün göndərilmişdir. İnzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İnzibati xəta haqqında işin baxılması hakimin səlahiyyətinə aid olmaqla, işin baxılmasını istisna edən və işin icraatını rədd edən hallar yoxdur. İşin mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmış, vəsatətlər və etirazlar daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq qəraraaldım: Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materialın baxılması məhkəmənin icraatına qəbul edilsin. İnzibati xəta haqqında işin baxılması xx.xx.2023-cü il tarixə saat 10:40-a məhkəmənin binasına təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın. Hakim: Orxan Cəfərli İş № 3(125)-1786/2023 Məhkəmə iclasından kənar prosessual hərəkət barədə PROTOKOL 25 avqust 2023-cü il Gəncə şəhəri Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 10:40-da başladı. Hakim məruzə edərək bildirir ki Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Hakim iş materiallarını araşdırıb yerində müşavirə edərək Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər barədə materialın məhkəmənin icraatına qəbul edilməsi haqqında qərardadı elan etdi. Prosessual hərəkət saat 10:45-də başa çatdı. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar