Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1788/2024 30.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə “Tural” adlı ictimai-iaşə obyektində atmosferə atılan zərərli maddələrin miqdarının yolverilən normadan artıq olduğuna görə X4 vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini və həmin qərarın əsasında yazılmış 2500 manat məbləğində cərimənin silinməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsində X3 məxsus “Tural” şənlik evi fəaliyyət göstərir. Onun VÖEN nömrəsi **********-dir. 10 may 2024-cü il tarixdə Gəncə şəhəri, Tereşkova küçəsində fəaliyyət göstərən “Tural”adlı ictimai iaşə obyektinə onun adına Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məktub daxil olmuşdur. Məktubda göstərilmişdir ki, RETSİ-nin əməkdaşları XKEMİ-nin əməkdaşları ilə birgə ona məxsus Gəncə şəhəri,Tereşkova küçəsində fəaliyyət göstərən “Tural” adlı ictimai-iaşə obyektində monitorinq keçirilmiş, ölçmə işləri ilə əlaqədar barəsində İXH-da protokol tərtib edilmişdir. Müəyyən edilmişdir ki, “Tural” adlı ictimai-iaşə obyektində atmosfer havasına atılan CO-nun miqdarı atmosfer havasına atılan tullantıların yol verilən hədd nomativindən artıqdır. 07 may 2024-cü il tarixli “inzibati tənbeh vermə haqqında” MN ******* saylı qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, o, İXM-nin 233.1-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətmişdir. Buna görə ona 2500 manat cərimə tənbeh növü tətbiq edilməlidir. Bildirir ki, onun protokolda göstərilən ünvanda heç bir obyekti yoxdur. Ona məxsus Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsində yerləşən “Tural” şənlik evində heç bir yoxlama aparılmamışdır. Onun barəsində protokol tərtib edilib qərar veriləndə yanlışlığa yol verilmişdir. Beləliklə, 10 saylı Regional Ekologiya və Təbil Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və bu inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 bildirdi ki, onun protokolda göstərilən ünvanda heç bir obyekti yoxdur. Ona məxsus Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsində yerləşən “Tural” şənlik evində heç bir yoxlama aparılmamışdır. Onun barəsində protokal tərtib edilib qərar veriləndə yalnışlığa yol verilmişdir. Buna görə də 10 saylı Regional Ekologiya və Təbil Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməlməsini və bu inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. İnzibati xəta haqqında işin icraatı zamanı Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Tural” şadlıq evinin tüstü bacasından atmosferə atılan zərərli maddələrin miqdarı yolverilən normadan artıq olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı məktubdan görünür ki, 12 saylı Ərazi Vergi idarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-14-49/2-337/2024 nömrəli məktuba cavab olaraq bildirilir ki, Valentina Tereşkova küçəsində fəaliyyət göstərən “ Tural” ailəvi istirahət mərkəzi, vergi ödəyicisi X1 istifadəsindədir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir Həmin Məcəllənin 61.1.1-61.1.8-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır. Həmin Məcəllənin 75.0.1-75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 233.1-ci maddəsinə görə ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfindən X2 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki , Gəncə şəhəri, Valentina Tereşkova küçəsində fəaliyyət göstərən “ Tural” ailəvi istirahət mərkəzi X2 istifadəsində deyil, vergi ödəyicisi X1 istifadəsindədir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən, Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1788/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1788/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver