Məhkəmə qərarları › İş №3(125)-1793/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1793/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1793/2024 23.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X7 və qərarından şikayət verilmiş orqanın nümayəndəsi X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X7 şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində X9 Xidməti Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən MN1614236 № li xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişəm deyə 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərar 06 aprel 2024-cü il tarixli protokola əsasən tətbiq edilmişdir. Barəsində tətbiq edilmiş cərimə tənbeh növü ilə razılaşmır. Ona görə ki, o heç bir inzibatı xəta törətməmişdir, bu səbəbdən barəsində olan qərar ləğv edilməlidir. Belə ki, o fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun icarəyə götürüb işlətdiyi mağazanın sahəsi cəmi 45 kvadratmetrdən ibarətdir və bir nəfər işçi vardır. İşlədiyi müddətdə də həmişə də qayda-qanunlara hörmət və məsuliyyətlə yanaşaraq işimi lazımı qaydada aparmışdır. O cümlədən də X4 da fevral ayında işə qəbul edərkən onunla əmək müqaviləsi bağlayaraq elektron sistemə saldırmışdır. Qeyd etdiyi kimi, o əmək müqaviləsini bağlayarkən elekton sistemə salmışdır. Əgər müqavilə sistemdə gec görünmüşsə, bu onun təqsiri deyil. O 1-cü rübün hesabatını verərkən X5 ilə bu ilin fevral ayında bağladığı əmək müqaviləsi elektron portalda görünmüşdür. Bu da sübut edir ki, o heç bir inzibati xəta törətməmişdir. Hətta inzibati xəta törətmiş olsaydı belə, hüquqi şəxs kimi deyil, ona fiziki şəxs kimi inzibati cərimə tənbeh növü tətbiq edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qeyd etdiyi kimi, əvvəla, o heç bir inzibati xəta törətməmişdir. İkinci bir tərəfdən də əgər tötətmiş olsaydı belə, o vəzifəli şəxs kimi deyil, fiziki şəxs kimi cəzalandırılmalı idi. Sual olunur, o hansı vəzifənin sahibidir ki, ona vəzifəli şəxs kimi cərimə tətbiq edilir? Onun tabeçiliyində cəmi bir nəfər yarımştat cədvəl əsasında satıcı vardır. Belə olduqda o necə vəzifə sahibi ola bilər? Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda başlanılmış icraata xitam verilməlidir. Ona görə də X9 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş MN1614236 N2 li xx.xx.2024-cü il tarixli qərar ləğv edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılmış şəxs X7 şikayəti müdafiə edərək bildirdi ki, onun yanında işləyən işçi onun qohumudur. O əvvəllər onun yanında işləməmişdir. İşlədiyi vaxtdan isə müqavilə bağlamışdır. Sadəcə müqavilə sistemə gec yüklənmişdir. Eyni zamanda o vəzifəli deyil, hüquqi şəxsdir. Ona görə dəbarəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi X8 izahatında bildirdi ki, əmək müqaviləsi bildirişindən də açıq aşkar görünür ki, X5 xx.xx.2024-cü il tarixdə işə başlasada əmək müqaviləsi sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsi tərəfindən qəbul edilmiş MN1614236 № li xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğu üçün şikayətin təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, X1 İlkin Şirzad oğlunu əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu səbəbdən o, İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 4000 manat cərimə edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, işə götürən – X7 ilə, işçi – X5 arasında işçinin mağazada satıcı işinə qəbul edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, “Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. X7 oğlu şikayətinin dəlilləri kimi, əmək müqaviləsi bildirişinin sistemə gec yüklənməsini əsas gətirərək, vəizfəli şəxs olmamasını nəzərə alaraq t qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin dəlilləri ilə razılaşmır. Belə ki, əmək müqaviləsi bildirişindən görünür ki, işə götürən – X7 ilə, işçi – X5 arasında işçinin mağazada satıcı işinə qəbul edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən isə əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bu səbəbdən məhkəmə, şikayətçinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. X10 Məcəlləsinin 21.1-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. Azərbaycan Respublikasının Konstitsiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Lakin o da nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilməmişdir. Bu baxımdan, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Həmçinin plenum qeyd edir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Məhkəmə, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, X3 vəzifəli şəxs kimi sanksiyada nəzərdə tutulan yuxarı məbləğdə cərimə edilməsi inzibati orqan tərəfindən əsaslandırılmamışdır. Məhkəmə hesab edir ki, vəzifəli şəxs X3 məsuliyyətini ağırlaşdıran hər hansı bir hal müəyyən edilməmişdir. Ona görə də X3 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidməti Gəncə- Daşkəsən Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında müəyyən edilmiş inzibati cərimənin miqdarına münasbətdə dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.2.1-135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.3-135.1.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyət kəsb edən halların sübuta yetirilməməsi, inzibati məsuliyyəti müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsi tərəfindən X7 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) min manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar