Məhkəmə qərarları › İş №3(125)-1796/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1796/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1796/2024 17.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1972-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən «Xan bağı» parkının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmış və keçirilmiş yoxlama zamanı S.C.Məmmədovun üzərində narkotik vasitə, psixotrop maddə, onların prekusorları, eləcə də qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmiş, lakin xx.xx.2024cü il tarixdə Gəncə şəhər Narkoloji Dispanserində müayinədən keçirilərkən S.C.Məmmədovun narkotik vasitə olan metamfetamin psixtrop maddəsindən istifadə etmə hallarının olduğu, həmin şəxsin narkomaniya xəstəliyindən əzab çəkdiyi müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş göstərdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili X4 ŞBPİ-nin 1-ci Polis Şöbəsinin rəhbərliyinə xidməti məruzə ilə müraciət edərək, bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində Gəncə şəhəri, Atatürk prospektində yerləşən «Xan bağı» parkının yaxınlığında saxlanılmışdır. Şəxs narkotik vasitələrdən istifadə edilib-edilməməsinin yoxlanılması məqsədi ilə narkoloji dispanserdə yoxlanış keçirilmiş, sidikdə psixotrop maddə aşkar edilmişdir. Həmin müraciət əsasında HK-1/1342 nömrəli material üzrə aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd ediliş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinin tərkibinin olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibinin olduğu müəyyən edilmiş, həmin maddələrlə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, narkotik vasitələrdən və psixotrop maddələrdən bir neçə ildir istifadə edir. Sonuncu dəfə təxminən 20-21 gün bundan əvvəl Bakı şəhərində dostları ilə birlikdə olarkən o, psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, xx.xx.2024cü il tarixdə, saat 21 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən «Xan bağı» parkının yaxınlığında olarkən bir nəfər polis əməşdaşı ona yaxınlaşaraq, narkotik vasitələrdən istifadə etdiyinə dair məlumat olduğunu izah etmiş və onu polis şöbəsinə dəvət etmişdir. Bundan sonra o, könüllü razılığı əsasında Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getmiş, orada üzərinə keçirilmiş yoxlama zamanı narkotik vasitə, psixotrop maddə və dövriyyəsi qadağan olunan digər əşya aşkar olunmasa da, Gəncə şəhər Narkoloji Dispanserində müayinədən keçirilərkən psixotrop maddə metamfetamindən istifadə etməsi müəyyən olunmuşdur. Hazırda o, əməlindən peşmançılıq hissi keçirir və bundan əvvəl bir dəfə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, bundan sonra heç vaxt narkotik vasitələrdən istifadə etməyəcəkdir. Sonda Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşmançılıq hissi keçirməsini və himayəsində bir uşağının olmasını onun hərəkətlərində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs hərəkətlərində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, iş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 834 nömrəli rəyindən görünür ki, Şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinin tələbinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, Azəbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi təyin edilməli və Şəxs məcburi müalicə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunmalıdır. Həmçinin hesab edirəm ki, Şəxs inzibati qaydada tutulduğu və azadlıq hüququ faktiki olaraq, 15 may 2024-cü il tarixdə, saat 21:00-dan məhdudlaşdırıldığına görə inzibati həbsin əvvəli həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 15 may 2024-cü il tarixdən saat 21:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Azəbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ona təyin edilmiş məcburi müalicə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunsun. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar