Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1797/2024 17.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs narkotik vasitə əldə edib istifadə etməsində və üzərində saxlanılmasında şübhəli bilinərək, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 16:15-də saxlanılmış, üzərinə keçirilmiş baxış zamanı Şəxs üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmiş, lakin xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Narkoloji Dispanserində müayinədən keçirilərkən Şəxs narkotik vasitə olan kannabiodlərdən epizodik istifadə etmə hallarının olduğu, həmin şəxsin narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş E.M.Həsənov göstərdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi vəzifəsində işləyir. Şəxs narkotik vasitə əldə edib istifadə etməsində və üzərində saxlanılmasında şübhəli bilinərək, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 16:15-də saxlanılmış, üzərinə keçirilmiş baxış zamanı Şəxs üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmiş, lakin xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Narkoloji Dispanserində müayinədən keçirilərkən Şəxs narkotik vasitə olan kannabiodlərdən epizodik istifadə etmə hallarının olduğu, həmin şəxsin narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət təqibi üzrə icraata xitam verilmiş və əməldə inzibati xətanın araşdırılması üçün materiallar ona təqdim olunmuşdur. Onun tərəfindən aparılmış araşdırma ilə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğu müəyyən olunmuş və qeyd olunan səbəbdən də Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad edilən inzibati xətanın törədilməsində tam təqsirli bilərək, göstərdi ki, o, 2021-ci ildə yol nəqliyyat hadisəsi keçirmiş, qoluna və ayağına metaldan hazırlanmış bərkidicilər əlavə olunmuşdur. Buna görə də o, bir əlini və bir ayağını tam işlədə bilmir, həmin orqanların 90 faiz əmək qabiliyyəti yoxdur. Təxminən bir ay bundan əvvəl o, Bakı şəhərində olarkən tanımadığı şəxslərlə ünsiyyət zamanı bir dəfə narkotik vasitədən istifadə etmişdir. Buna qədər və bundan sonra o, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Hazırda o, əməlindən peşmandır və bir daha narkotik vasitə istifadə etməyəcəkdir. Sonda Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İşdə olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 835 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələ olan kannabiniodlərdən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində 2 uşağın olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İşdə olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs barəsində inzibati qaydada tutma tətbiq edilmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalı, həmin inzibati xətanın tətbiqı zamanı Şəxs barəsində inzibati qaydada tutma tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin müddəaları nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 31.4- 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №3(125)-1797/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1797/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver