Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1798/2024 17.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, 2-ci dərəcəli əlil, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-cı maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində «Mercedes Benz» markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmış, həmin avtomobilə və üzərinə keçirilmiş baxış zamanı narkotik vasitə narkotik vasitə, psixotrop maddə, onların prekusorları, eləcə də qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmiş, lakin xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Narkoloji Dispanserində müayinədən keçirilərkən Şəxs narkotik vasitə olan marixuanadan istifadə etmə hallarının olduğu, həmin şəxsin narkomaniya xəstəliyindən əzab çəkdiyi müəyyən edilmişdir. Bununla da E.S.Quliyevin İXM-nin 206 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, onun barəsində Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli və Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci X5 X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş T.M.Abdullayev göstərdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Gəncə şəhər 1-ci Polis Şöbəsinin CAŞ-nin əməliyyat müvəkkili X3 xidməti məruzə ilə Gəncə şəhəri 1-ci Polis Şöbəsinin rəhbərliyinə müraciət edərək, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində xidmətdə olarkən narkotik vasitələrin təsiri altında «Mercedes Benz» markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsində şübhəli olduğu üçün saxlanıldığını, Şəxs Gəncə şəhər narkoloji Dispanserə aparıldığını, narkoloji yoxlama zamanı N.T.Yaqubobun narkotik vasitə marixuanadan istifadə etdiyinin müəyyən olunduğunu bildirmişdir. Həmin xidməti məruzənin araşdırılması ona həvalə edilmiş, aparılmış araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206 və 333-1.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Buna görə də onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli və Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci X5 X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, «Mercedes Benz» markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaqla, ailəsinin maddi təminatını ödəyir. Təxminən bir ay bundan əvvəl Bakı şəhərindən Gəncə şəhərinə müştəri gətirərkən, Kürdəmir rayonu ərazisində istirahət etmək üçün avtomobili saxlamış, heç vaxt narkotik vasitə qəbul etməsə də, həmin vaxt narkotik vasitə marixuananın iyini hiss etmişdir. Buna görə də o, tanımadığı şəxsdən narkotik vasitə marixuana almış və ondan istifadə etmişdir. O, xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində «Mercedes Benz» markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, saxlanılmış, həmin avtomobilə və üzərinə keçirilmiş baxış zamanı narkotik vasitə narkotik vasitə, psixotrop maddə, onların prekusorları, eləcə də qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Narkoloji Dispanserində müayinədən keçirilərkən onun narkotik vasitə olan marixuanadan istifadə etmə hallarının olduğu, həmin şəxsin narkomaniya xəstəliyindən əzab çəkdiyi müəyyən edilmişdir. Hazırda o, əməlindən peşmançılıq hissi keçirir və bundan sonra heç vaxt narkotik vasitələrdən istifadə etməyəcəkdir. Sonda Şəxs himayəsində 2 uşağın olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.4.1-ci maddəsinə görə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə ictimai işlər tətbiq oluna bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. ««Əlilliyin qiymətləndirilməsi Qaydası»nın təsdiq edilməsi və «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2022-ci il tarixli 191 nömrəli Qərarının 4.3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81- 100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşmançılıq hissi keçirməsini və himayəsində 2 uşağının olmasını onun hərəkətlərində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs hərəkətlərində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, E.S.Quliyevə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə, həmin Məcəllənin 333- 1.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirləri tətbiq olunmalı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər toplanılmaqla, ona qəti inzibati tənbeh təyin edilməlidir. Bundan başqa, iş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 17 mart 2024-cü il tarixli, 842 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinin tələbinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi» Qaydasının 3.2-ci bəndinə görə narkomanlıq xəstəliyinə düçar əlilliyi olan şəxslərə şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə Şəxs əlilliyini nəzərə alaraq hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq olunmaqla 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər tam toplanılmaqla, Şəxs qəti olaraq1 (bir) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №3(125)-1798/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1798/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver