Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-180/2023 08.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, X1, səlahiyyətli orqanın nümayəndəsi X2 iştirakı ilə, X5 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş AR ETSN-in 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis müavini X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehə dair qərarın ləğv edilməsinə və barəsində olan inzibati tənbehə dair icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında şikayəti onunla əsaslandırmışdır ki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı ilə vəzifəli şəxs kimi onu Azərbaycan Respublikası İXM-nin 253.1.2.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat miqdarında cərimə etmişlər. O, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin qərarı ilə razılaşmır və hesab edir ki, qərar qərəzli və əsassız olduğu üçün ləğv edilib yeni qərar çıxarılmalıdır. Gülüstan qəsəbəsi, Gəncə Göy-Göl yolunun sağ və sol tərəfləri, həmçinin “İstiqlal” parkı, “M.Ş.Vazeh” parkı və prospekt, MKTİB-nin yaşıllaşdırma şöbəsinin xidmət sahəsinə aiddir. Həmin ərazidə fəaliyyət göstərən yaşıllaşdırma şöbəsinin işçiləri mütəmadi olaraq ərazidə mövcud olan bütün yaşıllıqların qorunmasını, o cümlədən suvarılmasını, alaq otlarından təmizlənməsini, müxtəlif növ kübrələr və qida maddələri ilə təmin olunmasını həmçinin qurumuş tinglərin yeniləri ilə əvəz edilməsi müntəzəm olaraq həyata keçirirlər. Dm=8/12 sm-dən yuxarı olan ağacların budanması, qurumuş ağacların kəsilməsi, yaş ağacların zərurət yarandıqda yerlərinin dəyişdirilməsi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin ekspertiza şöbəsinin müvafiq rəyi olduqdan sonra onlar tərəfindən həyata keçirilir. Gülüstan qəsəbəsi Gəncə-Göy-Göl yolunun sol tərəfində çoxmərtəbəli yaşayış binasının tikintisini aparan tikinti şirkəti binanın qarşısındakı ağacları kəsmiş, onlar iri diametrli ağacları götürmüşlər, sonra 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tikinti şirkətini cərimələmişdir. Ekologiya idarəsinin işçiləri ilə birlikdə yaşıllaşdırma şöbəsinin işçiləri həmin əraziyə keçirilən baxışda iştirak etmişlər. Yeni tikilən çoxmərtəbəli yaşayış binalarının qarşısında 1 ədədi sərv, 13 ədədi Eldar şamı olmaqla 14 ədəd ağac nizamsız və aqrotexniki qaydalara uyğun olmayan istiqamətlərdə saxlanılmışdır. Belə ki, həmin binada tikinti işləri davam etdirildiyindən əraziyə daxil olan iri tonnajlı yük maşınları həmin ağacları məhv etmək təhlükəsi yaratmış, ağacları qorumaq məqsədi ilə o, Gülüstan qəsəbəsindəki məsul şəxs olan X9 həmin ağacların müvafiq təhlükəsiz əraziyə köçürülməsini tapşırmişdir. 1 ədəd sərv, 2 ədəd Eldar şamı “İstiqlal” parkına, 1 ədəd Eldar şamı “X18” parkına, 9 ədəd Eldar şamı M.Ş.Vazeh prospektinə köçürülmüşdür. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi xx.xx.2022-ci il tarixdə MKTİB-nin yaşıllaşdırma şöbəsinə 76530 saylı akt tərtib etdikdən sonra 14 ağacın köçürüldüyü əraziyə baxış keçirmişlər, həmin ağacların yuxarıda göstərilən ünvanlarda tam sağlam bioloji inkişafda olduğu müəyyən etmişlər. Daha sonra isə onun barəsində sözügüdən protokolu və protokol əsasında onun barəsində cərimə qərarını vermişlər. Sonda o, barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi X3 ifadəsində bildirmişdir ki, X5 iştirakı ilə onun barəsində protokol tərtib edilmiş və barəsində olan inzibati tənbeh vermə haqqında qərarın surəti ünvanına göndərilmişdir. Belə ki, şikətçi Elmar Əzizov barəsində protokol tərtib edilərkən kiçik ağacların köçürülməsi üçün icazə lazım olduğunu bilmədiyini qeyd etmiş, lakin qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmin ağaclar köçürülməmişdən öncə ETSN-dən müvafiq icazə alınmamış, bununlada qanun pozuntusuna yol verilmişdir. Sonda o, qərarının qüvvədə saxlanmasını və şikayətin rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN1289123 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, AR ETSN-nin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X6 tərəfindən X5 Azərbaycan Respublikasının İXM-nin 253-1.2-ci maddəsinə əsasən 5000 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, E.Əzizov ETSN-nin rəyi, yaşıllıqların götürülməsi ilə bağlı qərar və yaşıllığın götürülməsi vərəqi olmadan ağacların köçürülməsi ilə bağlı göstəriş verərək ağacları digər əraziyə köçürtdürmüşdür. X13 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin X7 ünvanladığı məktubdan görünür ki, inzibati işə baxılması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə saat 10:30-da Gəncə şəhəri H.Z.Tağıyev 64 ünvanda fəaliyyət göstərən 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmuşdur. İş materiallarında olan X5 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində verdiyi izahatdan görünür ki, Gülüstan qəsəbəsi, Gəncə Göy-Göl yolunun sağ və sol tərəfləri həmçinin Göygöl avtomobil yolunun sol tərəfində 2021-ci ilin noyabr ayında bir neçə ədəd ağac kəsilmiş və Ekologiya İdarəsi tərəfindən tədbir görülmüşdür. 2022-ci ilin aprel ayında həmin əraziyə nəzarət edən zaman binanın qarşısında olan digər ağacların tikinti zamanı məhv olacağını görüb, onların başqa əraziyə köçürülməsi barədə göstəriş vermişdir. Ağacların köçürülməsi ilə bağlı ETSN-dən icazə almaq lazım olduğunu bilməmişdir. İş materiallarında olan 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 76530 saylı aktından görünür ki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 73 saylı sərancamı əsasında Gəncə şəhəri Gülüstan qəsəbəsində Gəncə Göygöl avtomobil yolunun sol tərəfində yeni inşa olunmuş moxmərtəbəli binanın qarşısındakı ərazidən ağacların qanunsuz götürülməsi ilə bağlı RETSİ-yə daxil olmuş şifahi məlumat yerində araşdırılmış, əraziyə baxış zamanı binanın qarşısında yaşıllıqların olmadığı, ərazinin asfalt örtüyü ilə örtülməsi müəyyən edilmişdir. Araşdırma zamanı həmin ərazidə olan yaşıllıqlar Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin yaşıllaşdırma şöbəsi tərəfindən xidmət göstərildiyi məlum olmuşdur. Bununla bağlı yaşıllaşdırma şöbəsinin rəhbərliyinə müraciət edilmiş, şöbənin rəisi Elmar Əzizov öz yazılı izahatında bildirmişdir ki, qeyd olunan ərazidə 2021-ci ilin noyabr ayında bir neçə ağac kəsilmiş və bununla bağlı Ekologiya idarəsi tərəfindən müvafiq tədbir görülmüş, odur ki, 2022-ci ilin aprel ayıda həmin əraziyə nəzarət edən zaman ərazidə olan 14 ədəd ağacın da məhv olduğunu görüb, həmin ağacların digər ərazilərə köçürülməsi üçün tabeçiliyində olan işçilərə göstəriş vermişdir. 1 ədəd sərv, 2 ədəd eldar şamı-İistiqlal parkına, 1 ədəd Eldar şamı - Mirzə Ş.Vazeh parkına, 9 ədəd Eldar şamı-M.Ş.Vazeh prospektində yol kənarına köçürüldüyünü bildirmişdir. Onun sözlərinə görə həmin ağaclara mütamadi qulluq göstərilir və ağaclar bioloji inkişafdadır E.Əzizov ağacların köçürülməsi ilə bağlı Ekologiya Nazirliyindən icazə almaq lazım olduğunu bilmədiyini də, öz izahatında qeyd etmişdir. Yaşıllaşdırma şöbəsinin sahə aqranomu X8 iştirakı ilə ağaclar köçürülmüş ərazilərə birgə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diametri 4 sm-dən 2 ədəd şam və d=4sm-dən 1 ədəd sərv ağacı İstiqlal parkının ərazisinə d=4 sm-dən 1 ədəd və d=6smdən 1 ədəd olmaqla 2 ədəd şam ağacları M.Ş.Vazeh parkının ərazisinə d=4sm-dən 2 ədəd d=8 sm-dən 4 ədəd və d=10sm-dən 3 ədəd olmaqla 9 ədəd şam ağacı M.S.Vazeh prospektinin yol kənarı ərazisinə köçürülmüşdür. Ağaclara baxış zamanı onlara aqrotexniki qullu göstərildiyi, onların bioloji inkişafda olduğu müəyyən edilmiş, Elmar Əzizov ağacların köçürülməsi ilə bağlı ETSN-nin icazə sənədi olmadan bu hərəkətə yol verməklə, Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 321 saylı qərarının tələblərini pozaraq inzibati xəta törətmişdir. X15 izahatı, şəxsiyyət vəsiqəsinin surəti və yerində çəkilmiş fotoşəkillər əlavə olunmuşdur. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X16 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, yerli icra hakimiyyətinin və ya bələdiyyənin qərarı, yaşıllığın götürülməsi vərəqi olmadan ağacları götürmüş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.12-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi Elmar Əzizov barəsində törətdiyi xətaya görə qanuni şəkildə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 253-1.2-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə, yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X10 barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-180/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-180/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver