Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1802/2023 16.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər 1-ci Polis Şöbəsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Tovuz rayon, Əlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Zərifə Əliyeva küçəsi ev 10-da yaşayan Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxsnun Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 16 avqust 2023-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 1-ci Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən tərtib olunmuş 16 avqust 2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə 01:00-da Şəxs Gəncə şəhər Atatürk prdə X4 ilə ucadan səs-küy salaraq, nəlayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə tabe olmamışlar. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 1-ci Polis Şöbəsinin sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə 01:00-da Şəxs Gəncə şəhər Atatürk pr-də X4 ilə ucadan səs-küy salaraq, nəlayiq ifadələr işlətmiş, polisin qanuni tələbə tabe olmamışlar. Buna görə də, Şəxsnun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, onlar taksiylə gedərkən yol polisi maşını saxlamış, onlar da maşından düşmüşdür. Daha sonra yol polisi sürücü tabe olmadığına görə post patrul çağırmışdır. Post patrul gəlikdə artıq sürücü tabe olmuşdur. Pos Patrul maşını getmək istədikdə İnal post patrula onları düşürməyi bildirmişdir. Post patrul da onlara taksi xidməti olmadığını bildirmişdir. Daha sonra polislə aralarında mübahisə olmuşdurş. Polis də elə zənn etmşdir ki, o telefonla onları çəkir. Ondan telefonu istəmişlər. O da telefonu təqdim etmişdir. Daha sonra maşında ona qaz sıxıb, qolunu dişləmişlər. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəyini bildirirək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə 01:00-da yol polisi tərəfindən daxil olmuş məlumat əsasında çağırılmışlar.Onlar gəlikdə artıq maşını idarə edən sürücü tabe olduğuna görə yol polisi onu apramışdır. Onlar da getmək istədikdə İnal onlara onları düşürməyi bildirmişdir. Onlar da taksi xidməti olmadıqlarını bildirmişdir. Daha sonra aralarında mübahisə olmuş, qadına bir neçə dəfə polis maşınına əyləşməyi xahiş edilsə də, o əyləməmişdir. Daha sonra ucadan nalayiq ifadələr işlətmiş, onun qolunu dişləmişdir. Bu zaman ətrafa adamlar yığımışdır. Daha sonra əlavə qüvvə çağırılaraq 1-ci Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin, DYPŞ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri, polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, adları onlara sonradan məlum olan Şəxs və X4 xx.xx.2023-cü il tarixdə 01:00-da Şəxs Gəncə şəhər Atatürk pr-də yüksək səslə nəlayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə tabe olmayaraq polis əməkdaşına qarşı nəlayiq ifadələr işlədərək müqavimət göstərmişdir. Bu səbəbdən həmin şəxlər 4695 nömrəli avtopatrulla 1-ci Polis Şöbəsinə gətirilmişdir. İş materiallarında olan videodiskdən görünür ki, Şəxs polisi təhqir edərək, tabe olmamışdır. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 01:50-də tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2110/2023 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özü etiraf etməsə də şahidlərin ifadəsi ilə yanaşı, video disk, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Şəxs ifadəsini onun məsuliyyətdən yayınması üçün vermiş olduğu ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 16 avqust 2023-cü il tarixdən saat 01-50-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1802/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1802/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver