Məhkəmə qərarları › İş №3(125)-1804/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1804/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1804/2024 03.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, 00900-00240/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası, Gəncə şəhəri, Əziz Əliyev, ev 61 ünvanında qeydiyyatda olan Şəxs (Vöen: **********) MMC-nin ünvanına Özbəkistan Respublikasından 80Y051UA/803779AA nömrə nişanlı nəqliyyat vasitəsində Xaçmaz Gömrük İdarəsinin Samur” gömrük postundan keçməklə gələn “sinklənmiş polad” yükü xx.xx.2024-cü il tarixli **********5275 nömrəli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Gəncə Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Gömrük əməkdaşları yükə baxış keçirmək üçün MMC-nin anbarının yerləşdiyi ünvanına getmiş və baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına 80Y051UA/803779AA nömrə nişanlı nəqliyyat vasitəsində gələn yükün plombu gömrük əməkdaşının iştirakı olmadan MMC-nin işçisi tərəfindən qırılmışdır. Bununla da MMC tərəfindən gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Daha sonra qeyd olunan yük bəyannamə və mal müşaiyət sənədləri ilə eyniləşdirilmiş və heçbir uyğunsuzluq olmadığı müəyyən edilmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə, 00900-00240/23 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında, MMC tərəfindən idxal olunan 80Y051UA/803779AA nömrə nişanlı nəqliyyat vasitəsində “sinklənmiş polad” yükünün plombunu gömrük əməkdaşının ştirakı olmadan qoparılmasının səbəbinin MMC-nin işçisi X1 tərəfindən bilməyərəkdən yanlışlıqla baş verdiyini bildirmiş, Gömrük qaydalarının pozulduğunu etiraf edərək, MMC adından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa və tətbiq olunacaq cəriməni ödəməyə hazır olduqlarını qeyd etmişdir. Beləliklə, Azərbaycan Respublikası, Gəncə şəhəri, Əziz Əliyev, ev 61 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən qanunvericiliyin tələbləri pozularaq gömrük əməkdaşının iştirakı olmadan 80Y051UA/803779AA nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulan gömrük təminat vasitəsi plombu qırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmiş, Şəxs MMC İXM-in 492.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “yükə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Özbəkistan Respublikasından Samur gömrük postundan 80Y051UA/803779AA nömrəli avtomaşınla keçməklə təyinatı üzrə Gəncə Gömrük İdarəsinə gələn “sinklənmiş polad, rulon şəklində” yükü xx.xx.2024-cü il tarixli **********5275 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilmişdir. Bundan sonra yükə açılıb baxış keçirilməsi üçün Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən Şəxs MMC-nin anbarına gedilmiş və bu zaman məlum olmuşdur ki, MMC-nin işçisi X1 tərəfindən gömrük əməkdaşının iştirakı olmadan nəqliyyat vasitəsinə vurulan gömrük təminatı vasitəsi olan plombu qırmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixli **********5275 sorğu nömrəli bəyannamə üzrə 80Y051UA/803779AA nömrəli avtomaşında olan yük eyniləşdirilmiş və mallara müdaxilə edilmədiyi və istifadə olunmadığı müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********5275 nömrəli gömrük bəyannaməsindən görünür ki, İbra Company” (Vöen: **********) MMC-nin ünvanına Özbəkistan Respublikasından 80Y051UA/803779AA nömrə nişanlı nəqliyyat vasitəsində Xaçmaz Gömrük İdarəsinin Samur” gömrük postundan keçməklə gələn “sinklənmiş polad” yükü Gəncə Gömrük İdarəsində bəyan edilmişdir. İş materiallarında olan 15 may 2024-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 MMC tərəfindən idxal olunan 80Y051UA/803779AA nömrə nişanlı nəqliyyat vasitəsində gələn “sinklənmiş polad” yükünün plombunu gömrük əməkdaşının iştirakı olmadan qoparılmasının səbəbinin MMC-nin işçisi X1 tərəfindən bilməyərəkdən yanlışlıqla baş verdiyini bildirmişdir. Gömrük qaydalarının pozulduğunu etiraf edərək, MMC adından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa və tətbiq olunacaq cəriməni ödəməyə hazır olduqlarını qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə əsasən Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs MMC tərəfindən İXM-in 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs MMC İXM-in 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə, İXM-nin həmin maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini, işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.3-cü maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs (VÖEN **********, hüquqi şəxsin ünvanı - ünvan 1n 492.1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar