Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1807/2024 10.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, məhkəmə iclas katibi Musayev Musa Tofiq oğlunun katibliyi, «Maqro Construction» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 iştirakı ilə, «Maqro Construction» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (Vöen:**********) MMC-nin ünvanına Türkiyə Respublikasından Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “Caterpillar 963 birçalovlu tırtıllı yükləyici” yükü xx.xx.2022-ci il tarixli **********1102 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirmişdir. xx.xx.2024-cü il tarixdə qeyd olunan bəyannamə üzrə rəsmiləşdirilmiş yükün ölkə ərazisində müvəqqəti qalma müddətinin bitməsinə baxmayaraq müddətin uzadılması və digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı Şəxs MMC tərəfindən heç bir müraciət daxil olmamış və bununla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2 izahatında bildirmişdir ki, texnikalarla bağlı gömrük müddətinin uzadılması ilə əlaqədar MMC tərəfindən aidiyyəti üzrə Gəncə Gömrük İdarəsinə müraciətlər edilmiş, dövlət rüsumları tam olaraq ödənilmiş və Gəncə Gömrük İdarəsi tərəfindən texnikaların ölkə ərazisində qalmaq müddəti uzadılmışdır. Bununlada inzibati xəta tərkibi yaradan hal MMC tərəfindən aradan qaldırılmışdır. Sonda Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının əməlində İXMnin 499.1.3-cü maddəsinin tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli **********1102 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı Türkiyə Respublikasından Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçəklə gələn “Caterpillar 963 birçalovlu tırtıllı yükləyici” yükü müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirmişdir. xx.xx.2024-cü il tarixli “gömrük prosedurunun uzadılmasına dair” müraciətdən görünür ki, xx.xx.2022-ci il tarixli **********1102 sorğu nömrəli gömrük bəyannaməsi üzrə müvəqqəti idxal bəyannaməsinin 3 ay müddətinə yəni xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi uzadılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli 816302-372 nömrəli “ödəniş tapşırığından” görünür ki, Gəncə Gömrük İdarəsinin hesabına xx.xx.2022-ci il tarixli **********1102 sorğu nömrəli gömrük bəyannaməsi ürə 48 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli “köçürmənin aparılması haqqında” bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli **********1102 sorğu nömrəli gömrük bəyannmasi üzrə 1716 manat 12 qəpik köçürmə aparılmışdır. Azərbaycan Respublikası İXM-in 499.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: 499.1.3-cü maddəsinə əsasən bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə -fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir; İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Gömrük prosedurunun uzadılmasına dair müraciətdən, xx.xx.2024-cü il tarixli 816302-372 nömrəli ödəniş tapşırığından və xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə xx.xx.2022-ci il tarixli **********1102 sorğu nömrəli gömrük bəyannaməsi üzrə müvəqqəti idxal bəyannaməsinin müddətinin 3 ay müddətinə yəni xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi uzadılması xahiş edilmiş və dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının əməlində İXM-nin 499.1.3-cü maddəsinin tərkibi olmadığından həmin maddə üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Odur ki, məhkəmə, inzibati xəta haqqında materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1807/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1807/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver