Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1823/2025 25.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, X1 iştirakları ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X6 haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X6 haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə ona məxsus olan **-GY- *** dövlət qeydiyyat nişanlı CHEVROLET CRUZE MİNİK markalı avtomobil ilə Gəncə şəhəri A.İsgəndərov küçəsi ilə, hərəkətdə olarkən Gəncə şəhəri DYPŞ patrul xidməti inspektoru polis seriantı Nümayəndə2 onu qanunsuz və əsasız olaraq saxlamış, avtomobildə kanstruksiya dəyişikliyi (böyük ölçülü disklər) olduğunu bildirərək avtomobilini cərimə meydançasına aparmışlar və onun barəsində xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli protokol tərtib etmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixdə onun barəsində TP ******* nömrəli qərar qəbul olunmuş və qərarda göstərilmişdir ki, guya nəqliyyat vastələrinin sürücülər tərəfindən nəqliyyat vastəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edildiyi üçün İXM 342.2.2-ci maddəsi pozulmuş və 150 manat məbləğində cərimə olunmuşdur. Nəzərə çatdırmaq istəyir ki, 2013-cü il CHEVROLET CRUZF-un bəzi komplektasiyalarında, xüsusi ilə, LTZ versiyasında R18(225/45R18) diskləri zavod tərəfindən standart olaraq təklif olunur. Bu barədə rəsmi texniki mənbələrdən və istehsalçı spesifikasiyalarından açıq şəkildə qeyd olunmuşdur. Həmçinin: 1.Heç bir mütəxəssiz və ekspert təyin olunmadan disklərin avtomobilə uyğun olmaması əsas götürülüb qərar qəbul olunub. 2.Onun tərəfindən Gəncə şəhəri DYTŞ patrul xidməti əməkdaşlarına CHEVROLET CRUZE barədə olan rəsmi mənbələrdən CHEVROLET CRUZE bəzi komplektasiyalarında həmçinin CHEVROLET CRUZE T1Z versiyasında zavoddan çıxarkən R18(225/45R18) disklərlə təchiz olunmaları barədə elektron sübutlar çıxarıb. Gəncə şəhəri DYPŞ patrul xidməti əməktaşlarına təqdim etməyinə baxmayaraq heç bir münasibət bildirmədən laqeydliklə qərarı qəbul etmişlər. 3.Gəncə şəhəri DYPŞ patrul xidməti əməktaşları əgər mütəxəssiz və ekspet dəvət edib avtomobilə baxış keçirməyəcəkdilərsə avtomobili hansı səbəbə cərimə duracağına yerləşdirdilər. 4.**-GY-*** dövlət qeydiyyat nişanlı CHEVROLET CRUZE MİNİK markalı avtomobil eyni disklərlə texniki baxışdan keçmiş və heç bir qanun pozuntusu olmamışdır. 5.Ona məxsus olan **- GY-*** dövlət qeydiyyat nişanlı CHEVROLET CRUZE MİNİK markalı avtomobil 1G1PC5SB2D7223248 şassi nömrəsi (VİN) elektron sistemlə yoxlanılmış və R18(225/45R18) disklərin avtomobil üçün standartlara uyğun olması qeyd olunmuşdur. Beləliklə də, onun konstitusiya və qanunvericiliklə qorunan hüquqları Gəncə şəhəri DYPŞ tərəfindən kobud şəkildə pozulmuşdur. Onun barəsində “X6 Haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Heç bir qayda pozuntusu törətmədiyi əsas götürülərək Gəncə şəhər DYPŞ-nin Polis Mayoru Nümayəndə1 tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli X6 haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi ərizədə göstərilənləri təsdiq edərək bildirmişdir ki, 25 may 2025-ci il tarixdə polis əməkdaşları onu saxlamış və avtomobilin arxa yaylarının kəsildiyini bildirərək onu avtomobil duracağına aparmılar. O, orada onlara belə bir şey olmadığını sübut etmişdir. Daha sonra ona avtomobilin təkərlərinin böyük olduğunu bildirmişlər. O, təkərlərin zavod istehsalı olduğunu bildirmişdir. O, avtomobilini üç ay bundan qabaq texniki baxışdan keçirtmiş və heç bir nasazlıq aşkar edilməmişdir. O, barəsində tərtib edilmiş “X6 Haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş - xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində 150 (yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -Vəsiqələrin surətlərindən görünür ki, X4 “Vətən müharibəsi iştirakçısı”, Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində qeyd olunur ki, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Onun təqsirli olması “X6 Haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədə ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmişdir. Məhkəmə şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına şəkil və video görünütü əlavə edilməmişdir. Məhkəmə tərəfindən Gəncə Dövlət X8nə nümayəndəsinin iştirakı və sənədlərin təqdim edilməsi ilə bağlı sorğu verilsə də nümayəndəsi məhkəməyə gəlməmiş və verilən sorğuya cavab verilməmişdir.. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarla İXM-nin 342.2.3-cü maddəsi ilə nəzərdə tutulmu inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X6 haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X4 barəsində X6 haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, X6 haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 barəsində Gəncə Dövlət X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X6 haqqında qərar ləğv edilsin. X2 şikayətində və hazırkı qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. Araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsi təmin edilsin. Əlavə araşdırmanın aparılması üçün materiallar Azərbaycan Respublikası DİN-in Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət X8nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-1823/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1823/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver