Məhkəmə qərarları › İş №3(125)-1842/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1842/2023

29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1842/2023 29.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, X2 iştirakı ilə, X7 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya Nazirliyinin 10 saylı X8 İdarəsi 08 avqust 2023-cü il tarixdə onun barəsində avtomobillərin yuyulması məntəqəsində çirkab sularını boru vasitəsilə birbaşa Gəncə çayına axıdıllması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlbsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında MN 389614 nömrəli qərar çıxarmış və onu 2500 manat cərimə etmişdir. Həmin qərarla razı deyil və hesab edir ki, ləğv olunmalıdır. Belə ki, qeyd olunan avtomobil yuma məntəqəsində çirkab suları Gəncə çayna axıdılmamışdır. Bununla bağlı heç bir sübut və təsdiqedici sənədlər mövcud deyil. Eyni zamana qeyd olumalıdır ki, onun barəsində tətbiq olunmuş inzibatı tənbeh etmə haqqında qərarda 2500 manat cərimə olunmağı qeyd olunmuşdur. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində cərimə məbləği kimi fiziki şəxslər üçün 600 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X9 şikayətin dəlillərinə uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, inzibati xətanın şikayətçi tərəfindən törədilməsi həyata keçirilən monitorinqlər nəticəsində aşkara çıxarılmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Təmsil etdiyi orqanın yazılı göstərişinə uyğun olaraq, şikayətçi tərəfindən çirkab suyun Gəncə çayına axıdılması dayandırılmış, bunu üçün quyu qazılmışdır. Şikayətçi vergi ödəyicisi kimi qeydiyyata alındığından, həyata keçirdiyi fəaliyyətə görə vergi ödəyicisi kimi ödənişlər etdiyindən, o, vəzifəli şəxs kimi inzibatə məsuliyyətə cəlb edilməlidir. Məhkəmədən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında iş üzrə qərarı nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X7 barəsində tərtib edilmiş 08 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 tərəfindən Gəncə şəhəri, Fətulla Həsənov küçəsində fəaliyyət göstərən rəhbərlik etdiyi avtomobillərin yuyulması məntəqəsində yaranan çirkab suların boru vasitəsilə birbaşa Gəncə çayına axıdılmasına görə vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X9 tərəfindən çirkab suyun Gəncə çayına axıdılması halına yol verilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X7 şikayətində inzibati xəta haqqında iş üzrə qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X7 təqsiri təsdiq olunur. Beləliklə, X7 barəsində tərtib edilmiş 08 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X7 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 08 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 08 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 08 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar