Məhkəmə qərarları › İş №3(125)-1843/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1843/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1843/2023 31.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əlizadə Elxan Novruz oğlunun, məhkəmə iclas katibi X1 və barəsində inzibati qaydada qərar qəbul edilmiş X2 iştirakları ilə X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 16291105 nömrəli qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 16291105 nömrəli qərardan vermiş olduğu şikayət və əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında haqqında qərarı və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qərardan görünür ki, ehtimal olunan inzibati xəta Samux rayonunun inzibati ərazisində baş vermişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarındakı mövqeyə əsasən səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından şikayətə bir qayda olaraq inzibati xətanın törədildiyi yerin məhkəməsində baxılmalıdır. Yalnız barəsində icraat aparımış şəxsin vəsatəti olduqda, həmin şikayətə onun yaşadığı yer üzrə baxıla bilər. Hazırkı halda isə X2 bu barədə vəsatəti mövcud deyildir. İXM-in 112.4-cü maddəsinə əsasən məhkəmə işə baxan zaman bu Məcəllənin 110cu maddəsində nəzərdə tutulan hallar müəyyən etdikdə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110, 118-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 16291105 nömrəli qərardan vermiş olduğu şikayət və əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Samux Rayon Məhkəməsinə göndərilsin. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar