Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1844/2023 13.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, X2, səlahiyyətli orqanın nümayəndəsi X19 iştirakı ilə, X18 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X26 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 xidmətinin Gəncə -Daşkəsən regional şöbəsinin rəisi X21 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və 800 manat inzibati cərimənin ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayəti onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 xidmətinin Gəncə - Daşkəsən regional şöbəsi xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Gəncə şəhər Tibbi X13 Baş həkimi İradə Cəfərovaya, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar vermiş və 800 manat inzibati cərimə etmişdir. Lakin o, yazılmış protokolu və verilmiş qərarı əsassız hesab edir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, tabeçiliyində olan Gəncə şəhər X7 0.25 v.ş Lobarant Həkim vəzifəsini vakant olaraq vermişdir. Amma hal- hazırda Gəncə şəhər X5 Labaratoriya otağı daxil, labaratoriyaya aid heç bir avadanlıq belə yoxdur. Ancaq xx.xx.2011-ci il tarixində Gəncə şəhər X6 keçmiş baş həkimi X4 verdiyi müəssisə daxili əmr əsasında müəssisədə mövcud olmayan X1 0.75 v.ş Lobarant tibb bacısı və əlavə olaraq 0.25 v.ş “burun qulaq boğaz” tibb bacısı vəzifəsinə təyin etmişdir. X27, xx.xx.2003-cü ildən 0.5 v.ş “Nəzarət üzrə tibb bacısı” vəzifəsində müvəqqəti çalışmış, sonradan həmin müəssisədə xx.xx.2011-ci ildən daxili əmrə əsasən 0.75 v.ş lobarant tibb bacısı əlavə olaraq və 0.25 v.ş “burun qulaq boğaz tibb bacısı” vəzifəsinə təyin edilmişdir. X26 xx.xx.2022-ci ildə Gəncə şəhər X7 Baş həkim vəzifəsinə təyin olunmuş, vəsifəyə təyin olunduqdan sonra, müəssisədə çalışan işçilərin əmək fəaliyyətləri və şəxsi iş qovluqları ilə tanış olarkən ona məlum olmuşdur ki, müəssisədə çalışan X15 labaratoriyaya aid heç bir təhsili yoxdur. Şəxsi iş qovluğuna baxış keçirdiyi zaman tutduğu vəzifəyə keçərkən razılıq ərizəsi də yazılmamış, şəxsi iş qovluğuna tikilməmişdir. Bundan belə qənaətə gəlmək olar ki, Lobaratoriyaya aid heç bir təhsili, sertifikatı olmayan bir işçini Lobarant tibb bacısı vəzifəsinə təyin edilmişdir. O isə yuxarıda qeyd edildiyi kimi labaratoriyaya aid heç bir avadanlığın və xüsusəndə Labaraoriya Həkiminin olmamasını, yəni Lobaratoriyanın fəaliyyətsiz olmasını nəzərə alaraq, 03 aprel 2023-cü il tarixdən qanuna müvafiq formada X22 0.75 v.ş “Lobarant tibb bacısı” vəzifəsindən azad edib, 0.75 v.ş “Nəzarət üzrə tibb bacısı” və 0.25 v.ş “burun qulaq boğaz tibb bacısı” vəzifəsində fəaliyyətinin davam etdirməsini təmin etmişdir. Labaratoriya olmadığından sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraiti ilə bağlı iş də yoxdur. Bununla bağlı X11 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək 0.75 v.ş “Lobarant tibb bacısı” vəzifəsindən aldığı əlavə sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 15 faizi miqdarında əlavə haqqın yəni 42 manat əmək haqqının kəsildiyini bildirmişdir. Bunun üzərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimov iş üzrə yoxlama başlatmış və Gəncə şəhər X6 baş həkimi İradə Cəfərovaya əsassız olaraq MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar vermiş və 800 manat inzibati cərimə etmişdir. Əlavə olaraq isə X20 0.75 v.ş “Lobarant tibb bacısı” vəzifəsinə qaytarılmasını qərarda qeyd etmişdir. O, Gəncə şəhər Tibbi X13 baş həkimi olaraq heç bir qanun pozuntusuna yol verməmişdir. X22 Azərbaycan Respublikasının Əmək məcəlləsinin 48 maddəsinin 4-cü bəndinə əsaslanaraq (Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir.), 0.75 v.ş “Lobarant tibb bacısı” vəzifəsində işləməyinə uyğun olan heç bir sənəd təqdim etmədiyindən və həmin məcəllənin 70-ci maddəsinin c bəndinə uyğun olaraq (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) X22 0.75 v.ş “Lobarant tibb bacısı” vəzifəsindən azad etmiş, 0.25 v.ş “burun qulaq boğaz tibb bacısı” və 0.75 v.ş “Nəzarət üzrə tibb bacısı” vəzifəsində fəaliyyətinin davam etdirməsini təmin etmişdir. X8 məhkəmə iclasında şikayəti müdafiə edərək əlavə olaraq bildirmişdir ki, o, X23 şifahi qaydada vəzifəsinin dəyişəcəyi və zərərli işə görə 42 manat ödənişin kəsiləcəyi barədə məlumat vermiş, sonuncuda razılaşmış, buna görə də o, rəsmi qaydada razılıq ərizəsi almamışdır. Sonda o, şikaətin təmin edilməsini xahiş etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi X28 məhkəmə iclasında bildirmişdir ki, X9 şəhər X3 laboratoriya tibb bacısı vəzifəsində işləməyi və son iki ayda əməkhaqqının azalması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə müraciət etmiş və həmin müraciətə baxılmışdır. Dispanserin xx.xx.2023-cü il tarixli 27/23 nömrəli məktubu ilə təqdim olunmuş sənədlərdə X20 xx.xx.2003-cü il tarixli 16 nömrəli əmr əsasında 0,5 ştat vahidi nəzarət üzrə tibb bacısı vəzifəsinə təyin edildiyi, xx.xx.2011-ci il tarixli 26 nömrəli əmr əsasında xx.xx.2011-ci il tarixdən 0.75 ştat vahidi laboratoriya tibb bacısı vəzifəsinə, eyni zamanda 0.25 ştat vahidi burun-qulaq üzrə tibb bacısı vəzifəsinə keçirildiyi məlum olmuşdur. Həmçinin, məlum olmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinin tələbi pozularaq X20 razılığı olmadan, habelə, əmək müqaviləsinə əlavə və dəyişiklik edilmədən Dispanserin xx.xx.2023-cü il tarixli 5 nömrəli əmri ilə müvəqqəti olaraq nəzarət üzrə tibb bacısı vəzifəsinə keçirilmiş və həmin Məcəllənin 60-cı maddəsinin tələbi pozularaq bir aydan artıq müddətə başqa işə keçirilmiş və başqa işə keçirilmə müddətində əməkhaqqı əvvəlki orta əməkhaqqından aşağı ödənilmişdir. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nin 2.2.1.1-ci bəndinin tələbi pozularaq X23, Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə hər ay vəzifə (tarif) maaşının 15 faizi miqdarında verilən əlavə haqq 2023-cü ilin aprel ayından verilməmişdir. Bununlada Dispanserin baş həkimi İradə Cəfərova tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində (Əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilmişdir) nəzərdə tutulan inzibati xəta törədilmişdir. Şöbə tərəfindən inzibati xətanı törədən Dispanserin vəzifəli şəxsi - baş həkimi X26 barəsində xx.xx.2023cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş, eyni zamanda X20 başqa işə keçirilməi ilə bağlı Dispanserin xx.xx.2023-cü il tarixli 5 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə keçirilməyi və əməkhaqqının qanunamüvafiq verilməsi üçün Dispanserin rəhbərliyinə göstəriş xarakterli məktub ünvanlanmış, xx.xx.2023-cü il tarixdə isə qərar qəbul edilmişdir. Sonda o, şikayətin təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhər, TBTD-nin tibb bacısı X20 2023-cü ilin aprel və may aylarının əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, DƏMX-nin GDRŞ-nin rəisi X21 tərəfindən X18 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən 800 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Çünki şikayətçi İradə Cəfərova özü X20 yazılı razılığını almadan, şifahi məlumat verməklə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişiklik edilmədən başqa vəzifəyə keçirilməsini və əmək haqqında 42 manat əlavə haqqın ödənilmədiyini etiraf etmiş, bununla da əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilərək qanunvericiliyin tələbləri pozulduğu təsdiq edilmişdir. Halbuki əmək qanunvericiliyinə əsasən X33 Cəfərovanın razılığı ilə, əmək müqaviləsinə əlavə və dəyişikliklər etməklə sonuncunu başqa işə keçirə bilərdi. Eyni zamanda X33 Cəfərovanın razılığı olmadan bir ay müddətinə müvəqqəti olaraq sonuncunu başqa işə keçirə bilərdi, lakin bu zaman Həcər Cəfərovanın əvvəlki orta əmək haqqı ödənilməli idi. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi X26 barəsində törətdiyi xətaya görə qanuni şəkildə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. X26 barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1844/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1844/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver