Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1844/2025 20.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, tələbkar şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-27/2024 saylı xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 220 (iki yüz iyirmi) manat Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhər Məhkəməsinin 2(125)3143/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 31382 manat alınaraq 04 avqust 2014-cü il təvəllüdlü X1 hesabına ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq borcun ödənilməsi tələb edilmiş, borclu isə icra sənədində göstərilən borcundan heç bir ödəniş elməmişdir. Hal-hazırda borclu Şəxs ödənilməmiş 1100 manat aliment borcu, 31382 manat pul borcu vardır. Borclu icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru X2 məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə icra məmurunu iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs onkoloji xəstə olduğunu nəzərə çatdıraraq çıxışında dekabr ayının sonunda tələbkarla barışığa gəldiyini və tələbkarın yanvar ayına qədər olan aliment borcunu dayandırılmasına dair ərizə verdiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Tələbkar ona “3 aydan bir aliment yığıldıqca ərizə ilə müraciət edəcəm ki, heç bir tələbim yoxdur” deyə bildirmiş və bir müddət sonra icra məmuru zəng edərək aliment borcunun olduğunu və nəticədə tələbkarın onu arxayın saldığına görə borcu bu qədər yığıldığını bildirmişdir. Hazırda 300 manat ödəniş etdiyini qeyd edərək ödəniş qəbzini məhkəməyə təqdim etmiş və qalan borcundan ödəniş etmək üçün vaxt istəmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs aliment borcu ilə bağlı barışığa gəldiyinə dair ərizə vermədiyini və tələbkarın 300 manat ödəniş etdiyini bildirərək qalan borcu ödəməsi üçün vaxt verilməməsini və onun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-27/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 220 manat Zərərçəkmiş şəxs verilməsi, Gəncə şəhər Məhkəməsinin 2(125)3143/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 31382 manat alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-27/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 24 yanvar 2023-cü il tarixdən başlayaraq 04 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməlidir. - Gəncə şəhər Məhkəməsinin 2(125)3143/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavbdeh Şəxs 31382 manat pul alınaraq 04 avqust 2014-cü il təvəllüdlü X1 bank hesabına ödənilməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184,5 manat alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarların və tələbin könüllü icrası haqqında bildirişlərin surətindən görünür ki, borclu Şəxs icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxsnun şəxsiyyətini, onun vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs qadın olmasını və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1844/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1844/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver