Məhkəmə qərarları › İş №3(125)-1847/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1847/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1847/2025 23.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X1, inzibati xəta haqqında protokolu tərtib etmiş X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Ağdam rayonu, Sarcalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, yaşayış yeri üzrə Ağdam rayonu, Çəmənli ərazi dairəsi, Sarcalı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Ağdam rayon Məhkəməsinin 2(013)-291/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən, birgə nikah dövründə götürülmüş kredit üzrə” Expressbank “ ASC-yə yaranmış 3100 (üç min yüz) manat və “ Kapitalbank “ ASC-yə yaranmış 954 (doqquz yüz əlli dörd) manat 89 qəpik borc məbləğinin müvafiq olaraq 14 hissəsi, cəmi dəyəri 9518 (doqquz min beş yüz on səkkiz) manat olan qızıl-zinət əşyaları naturada, naturada mümkün olmadıqda dəyəri, həmçinin əmlakın qiymətləndirilməsi üçün 125 (bir yüz iyirmi beş) manat,mediasiya xərci 50 (əlli) manat məbləğində pul borclu Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş verilməsinə və inzibati məsuliyyətə cəlb olunacağı barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, o bugünədək tələbkara heç bir ödəniş etməmişdir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə borcunun ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 protokolun məzmununa uyğun çıxış edərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu şəxs Şəxs çıxışında hazırda maddi imkanının olmadığını, lakin borcu ödəyəcəyini, tələbkar Zərərçəkmiş şəxs məxsus olan və hazırda girovda olan qızıl əşyalarını da qaytaracağını bildirir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X2 bildirmişdir ki, borclunun dediklərinin heç biri həqiqətə uyğun deyil, Kapital banka olan borc onun qızının köməkliyi ilə ödənilir, Expressbanka olan borc ödənilmir, borclu girovda olan qızına məxsus əşyaları lombarddan özü götürmüş, lakin tələbkar olan qızına qaytarmamışdır. Borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan: Ağdam rayon Məhkəməsinin 2(013)-291/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli icra sənədinə birgə nikah dövründə götürülmüş kredit üzrə” Expressbank “ ASC-yə yaranmış 3100 (üç min yüz) manat və “ Kapitalbank “ ASC-yə yaranmış 954 (doqquz yüz əlli dörd) manat 89 qəpik borc məbləğinin müvafiq olaraq 14 hissəsi, cəmi dəyəri 9518 (doqquz min beş yüz on səkkiz) manat olan qızıl-zinət əşyaları naturada, naturada mümkün olmadıqda dəyəri, həmçinin əmlakın qiymətləndirilməsi üçün 125 (bir yüz iyirmi beş) manat,mediasiya xərci 50 (əlli) manat məbləğində pul borclu Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-1847/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 05 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İşə dərhal baxılmalı olduğundan həmin tarixdə saat 15:10-a məhkəmə iclası təyin edilmiş, inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə borcunu ödəməsi məqsədilə vaxt verilmiş, məhkəmə iclası 11 iyun 2025-ci il tarixə saat 12:40-a təyin edilmiş, həmin tarixə təyin edilmiş məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də Şəxs barəsində axtarış elan edilməsi, Şəxs olduğu yer müəyyən edildikdə dərhal Gəncə Şəhər Məhkəməsinə gətirilməsi, qərarın icrasının Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilməsi, Şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənə qədər iş üzrə icraatın dayandırılması qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün vaxt verilmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-433/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, borclu Şəxs ünvan 1 ünvanında yaşamadığı müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli “borclunun axtarılması haqqında” qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(125)-429/2024 saylı qərarından görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissəhissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:15-dən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar