Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1848/2024 03.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızınən sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, şikayət verən şəxs X4 müdafiəçisi X1, Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX Gəncə-Daşkəsən regional ərazi şöbəsinin nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-Daşkəsən regional ərazi şöbəsinin rəisi X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X4 şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə- Daşkəsən regional ərazi şöbəsinin rəisi X2 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv etməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi məhkəmədə ərizəsini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə- Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat məbləğində cərimə edilməsi qərara alınmışdı. Hesab edir ki, vəzifəli şəxs işin həqiqi hallarını tam araşdırmamış, sübutlara düzgün qiymət verməmiş və bunun nəticəsində səhv qərar qəbul etmişdir. İlk növbədə onun göstərmişdir ki, ona bildiriş göndəriləndən sonra o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə müraciət edib bildirmişdir ki, adı çəkilən şəxslər həqiqətən portaldan keçsələrdə bir gün olsun belə şirkətdə işləməmişlər. Onlar sadəcə işğaldan azad edilmiş ərazilərə aparılarkən və iş şəraiti ilə tanış olarkən şəraitin çətin olmasını əsas götürüb işləyə bilməyəcəklərini bildirmişlər. Bundan başqa həmin şəxslər çağırılaraq izahatı alınmamışdır. Sonda o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarını ləğv edilməsini və barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX Gəncə- Daşkəsən regional ərazi şöbəsinin nümayəndəsi X8 çıxışında qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında şikayət verən şəxs X4 müdafiəçisi X3 çıxışında "xxxx" MTK direktoru Tural Hacıyevin fəaliyyəti Laçın şəhərinin yenidənqurması ilə bağlı olduğunu və onun işçilərlə müqavilə bağlayıb onları Laçın şəhərinə işləməyə göndərdiyini bildirmişdir. Müraciət edən şəxslər arasında Kəlbəcər rayonunda işləmək istəyənlər də olmuşdur. Onların adı portala vurulmuş və onlar Kəlbəcər rayonuna getmişlər, lakin ordakı iş şəraiti və əmək haqqı onları qane etmədiyi üçün onlarla əmək müqaviləsi bağlanmamışdır. Sonda portala adı vurulan şəxslərlə əmək müqaviləsinin bağlanması məcburi olmadığını və iş üzrə şahidləri tanımadıqlarını nəzərə çatdıraraq inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, o, və digər tanışları “Nakhish” Mənzil-Tikinti Korperativinə Kəlbəcər rayonunda işləmək üçün müraciət etmişlər və onların adı portala vurulmuşdur. Onlar Kəlbəcər rayonuna işlə bağlı getmiş, lakin iş şəraiti və əmək haqqı onları qane etmədiyi üçün orada işləməmişlər. İş materiallarında olan: - inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1 maddəsinin tələbi pozularaq Şahid3, Şahid5, Şahid1, Şahid4, Azər Babayev "xxxx" Mənzil-Tikinti Korperativində əmək müqavilələri hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər, nəticədə"xxxx" Mənzil-Tikinti Korperativi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3000 manat məbləğində inzibati cərimə növü tətbiq edilmişdir. - 25 aprel 2024-cü il tarixli notarial ərizənin surətindən görünür ki, Şahid3 Firudin oğlu "xxxx" MTK tərəfindən iş təklifi aldığını, təklif edilən işlə tanış olduğunu, iş təklifi ilə razı olmadan geri qayıtdığını təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MTK-nin direktoru Tural Hacıyev barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda adları qeyd edilən şəxslərin işğaldan azad edilmiş ərazilərə keçmələri üçün adlarının siyahıya salınması hazırki iş üzrə onların həmin ərazidə işlərin görülməsinə cəlb edilməsi nəticəsinə gəlinməsinə əsas vermir. Həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi faktı iş ürzə dindirilmiş şahid ifadəsi ilə tərəfindən təkzib edilmiş, həmçinin bu faktı təkzib edən 25 aprel 2024-cü il tarixli notarial ərizə məhkəməyə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətlə orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. - 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. - 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi faktı məhkəmə proses iştirakçıları tərəfindən təkzib edildiyindən və bu faktı təkzib edən notarial ərizə məhkəməyə təqdim edildiyindən X7 barəsində inzibati tənbeh tətbiq edildiyi üçün şikayət təmin edilərək onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X4 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1848/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1848/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver