Məhkəmə qərarları › İş №3(125)-1855/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1855/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1855/2023 31.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs FHN-nin DYNX-nin Gəncə RDYNİ-nin inspektoru X1, «GƏNCƏ ŞƏHƏR 38№-Lİ NƏQLİYYAT VASİTƏLƏRİ. KƏND TƏSƏRRÜFATİ TEXNİKASİ. ONLARİN EHTİYYAT HİSSƏLƏRİNİN VƏ SANAYE MALLARİNİN SATİŞİ KOMİSSİON TOFİQ SÜLEYMANLİ» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X4 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "GƏNCƏ ŞƏHƏR 38№-Lİ NƏQLİYYAT VASİTƏLƏRİ. KƏND TƏSƏRRÜFATİ TEXNİKASİ. ONLARİN EHTİYYAT HİSSƏLƏRİNİN VƏ SANAYE MALLARİNİN SATİŞİ KOMİSSİON TOFİQ SÜLEYMANLİ" MMC-nin barəsində 11 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, ünvan 1 ünvanında yerləşən «GƏNCƏ ŞƏHƏR 38№-Lİ NƏQLİYYAT VASİTƏLƏRİ. KƏND TƏSƏRRÜFATİ TEXNİKASİ. ONLARİN EHTİYYAT HİSSƏLƏRİNİN VƏ SANAYE MALLARİNİN SATİŞİ KOMİSSİON TOFİQ SÜLEYMANLİ» MMC-də 11 avqust 2023-cü il tarixdə planlı YTM zamanı yanğın təhlükəsizlik qaydalarının pozulması aşkar edilmiş, yoxlama üçün hüquqi şəxsin nümayəndəsi tərəfindən müvafiq şərait yaradılmamış və inzibati xəta haqqında protokol tərtib edilmişdir. "GƏNCƏ ŞƏHƏR 38№-Lİ NƏQLİYYAT VASİTƏLƏRİ. KƏND TƏSƏRRÜFATİ TEXNİKASİ. ONLARİN EHTİYYAT HİSSƏLƏRİNİN VƏ SANAYE MALLARİNİN SATİŞİ KOMİSSİON TOFİQ SÜLEYMANLİ" MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş X2 inzibati xəta haqqında metrialda göstərilmiş xüsusatları qeyd edərək barəsində icraat aparılan hüquqi şəxsin inzbati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, "GƏNCƏ ŞƏHƏR 38№-Lİ NƏQLİYYAT VASİTƏLƏRİ. KƏND TƏSƏRRÜFATİ TEXNİKASİ. ONLARİN EHTİYYAT HİSSƏLƏRİNİN VƏ SANAYE MALLARİNİN SATİŞİ KOMİSSİON TOFİQ SÜLEYMANLİ" MMC barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş, «GƏNCƏ ŞƏHƏR 38№-Lİ NƏQLİYYAT VASİTƏLƏRİ. KƏND TƏSƏRRÜFATİ TEXNİKASİ. ONLARİN EHTİYYAT HİSSƏLƏRİNİN VƏ SANAYE MALLARİNİN SATİŞİ KOMİSSİON TOFİQ SÜLEYMANLİ» MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, iş üzrə toplanmış mötəbər sübutlarla «GƏNCƏ ŞƏHƏR 38№-Lİ NƏQLİYYAT VASİTƏLƏRİ. KƏND TƏSƏRRÜFATİ TEXNİKASİ. ONLARİN EHTİYYAT HİSSƏLƏRİNİN VƏ SANAYE MALLARİNİN SATİŞİ KOMİSSİON TOFİQ SÜLEYMANLİ» MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tövsif olunmuşdur, həmin maddə ilə inzibati qaydada tənbeh olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumatları reyestrindən çıxarışın surətindən görünür ki, «GƏNCƏ ŞƏHƏR 38№-Lİ NƏQLİYYAT VASİTƏLƏRİ. KƏND TƏSƏRRÜFATİ TEXNİKASİ. ONLARİN EHTİYYAT HİSSƏLƏRİNİN VƏ SANAYE MALLARİNİN SATİŞİ KOMİSSİON TOFİQ SÜLEYMANLİ» MMC barəsində keçirilməsi nəzərdə tutulan yoxlama reyestr qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2023-cü il tarixli, 4207 saylı yanğın-texniki müayinənin aparılması haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən «GƏNCƏ ŞƏHƏR 38№-Lİ NƏQLİYYAT VASİTƏLƏRİ. KƏND TƏSƏRRÜFATİ TEXNİKASİ. ONLARİN EHTİYYAT HİSSƏLƏRİNİN VƏ SANAYE MALLARİNİN SATİŞİ KOMİSSİON TOFİQ SÜLEYMANLİ» MMC-də yoxlamalar aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli 4207 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, ünvan 1 ünvanında yerləşən «GƏNCƏ ŞƏHƏR 38№-Lİ NƏQLİYYAT VASİTƏLƏRİ. KƏND TƏSƏRRÜFATİ TEXNİKASİ. ONLARİN EHTİYYAT HİSSƏLƏRİNİN VƏ SANAYE MALLARİNİN SATİŞİ KOMİSSİON TOFİQ SÜLEYMANLİ» MMC-də yoxlamalar zamanı yoxlamanın həyata keçirilməsinə şərait yaradılmamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, «GƏNCƏ ŞƏHƏR 38№-Lİ NƏQLİYYAT VASİTƏLƏRİ. KƏND TƏSƏRRÜFATİ TEXNİKASİ. ONLARİN EHTİYYAT HİSSƏLƏRİNİN VƏ SANAYE MALLARİNİN SATİŞİ KOMİSSİON TOFİQ SÜLEYMANLİ» MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 2-ci və 7-ci bəndlərinə əsasən vətəndaşlar öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq, onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmalıdırlar. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən - mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxs «GƏNCƏ ŞƏHƏR 38№- Lİ NƏQLİYYAT VASİTƏLƏRİ. KƏND TƏSƏRRÜFATİ TEXNİKASİ. ONLARİN EHTİYYAT HİSSƏLƏRİNİN VƏ SANAYE MALLARİNİN SATİŞİ KOMİSSİON TOFİQ SÜLEYMANLİ» MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını, «GƏNCƏ ŞƏHƏR 38№-Lİ NƏQLİYYAT VASİTƏLƏRİ. KƏND TƏSƏRRÜFATİ TEXNİKASİ. ONLARİN EHTİYYAT HİSSƏLƏRİNİN VƏ SANAYE MALLARİNİN SATİŞİ KOMİSSİON TOFİQ SÜLEYMANLİ» MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, «GƏNCƏ ŞƏHƏR 38№-Lİ NƏQLİYYAT VASİTƏLƏRİ. KƏND TƏSƏRRÜFATİ TEXNİKASİ. ONLARİN EHTİYYAT HİSSƏLƏRİNİN VƏ SANAYE MALLARİNİN SATİŞİ KOMİSSİON TOFİQ SÜLEYMANLİ» MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 518.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Hazırki iş üzrə yoxlayıcı orqana hüquqpozmanın olub-olmamasının yoxlanılması üçün şərait yaradılmadığından və nəticədə pozuntuların xarakteri və növü müəyyən edilmədiyindən, məhkəmə təyin ediləcək inzibati cərimənin şərti tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 518.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «GƏNCƏ ŞƏHƏR 38№-Lİ NƏQLİYYAT VASİTƏLƏRİ. KƏND TƏSƏRRÜFATİ TEXNİKASİ. ONLARİN EHTİYYAT HİSSƏLƏRİNİN VƏ SANAYE MALLARİNİN SATİŞİ KOMİSSİON TOFİQ SÜLEYMANLİ» MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar