Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1855/2025 13.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Vəsatət vermiş şəxs X2 iştirakı ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair X3 tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə olunması qərara alınmışdır. X1 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət vermişdir. Vəsatətdə göstərilmişdir ki, barəsində qəbul edilmiş qərar poçt vasitəsi ilə ona 15 may 2025-ci il tarixdə verilmiş, o isə beş gün ərzində yəni, 20 may 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə 23 may 2025-ci il tarixli qərardadına əsasən müddət ötürüldüyünə görə ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Qərar ona poçt vasitəsi ilə gec çatdırıldığından müddəti ötürmüşdür. Odur ki, şikayət vermə müddətinin ötürülməsini üzrlü hesab edilməsi və şikayət vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş vəsatət vermiş şəxs X3 vəsatətin məzmununa uyğun çıxış edərək, şikayət vermə müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə vəsatəti, vəsatət vermiş şəxsin məhkəmədə verdiyi ifadəsini və inzibati xəta haqqında iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, vəsatət təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə şikayətçi X3 tərəfindən şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzürsüz səbəblərdən buraxılmış, həmin səbəblərin üzrlü hesab edilməsi barədə hər hansı tutarlı və ya təkzibedilməz faktlar vəsatətə əlavə olunmamışdır. Ona görə də müddətin bərpasına dair şikayətçi X3 tərəfindən verilmiş vəsatət rədd edilməlidir Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutub QƏRARA ALDİ : X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarıından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1855/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1855/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver