Məhkəmə qərarları › İş №3(125)-1856/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1856/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1856/2025 20.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Gəncə şəhər X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə görə 400 (dörd yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X4 xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilmişdir. Həmin qərarla razı deyil və hesab edir ki, qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, bir tərəfli araşdırlma aparılmış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, İXM-nin 327.1, 332.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməmiş, “Chevrolet Malibu” minik markalı **-HP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi o, deyil və həmin vaxt, yəni xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsini o, idarə etməmişdir. Onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinin əsas səbəb təqib olunması ilə bağlıdır. Belə ki, xx.xx.2024-cü il tarixdə təxminən 12:30 radələrində Yol patrul xidmətinin əməkdaşları olan X2 və X1 şəhərində Zabitlər evinin qarşısında olan mağazalarına gələrək ona “rəis Eldəniz Həsənov tərəfindən şəhər təhlükəsizlik kamerası vasitəsi ilə izlənirsən, rəis səni gözdüyür bizimlə getməlisən” deyə bildirmişlər. Elə həmin tarixdə əməkdaşlarla bigə Gəncə şəhər DYPŞ-nə getmiş və təxminən rəis Eldəniz Həsənov 1 saata gəlməsi adı ilə orada saxlatmış və 1 saat keçdikdən sonra onu buraxmışlar, həmin vaxtdan 20 gün keçdikdən sonra isə hazırkı qanunsuz və əsasız qərarla bağlı barəsində protokol tərtib olunmuşdur. İnzibati xətanı törətməsini təsdiq edən sübutlar video görüntü və ya digər sənədlər təqdim edilməsini həm şifahi, həm də yazılı qaydada xahiş etsə də, heç bir müsbət nəticə olmamışdır. Lakin buna baxmayaraq sonradan heç bir əsas olmadan qeyri-qanuni barəsində inzibati xəta törətməsi ilə bağlı qərar qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X7 çıxışında bildirdi ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ona təqdim edilməmiş və həmin qərarı özü müraciət edərək əldə etmişdir. Həmçinin bildirdi ki, “Chevrolet Malibu” minik markalı **-HP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi şərikinə məxsusdur, o avtomobili idarə etməmişdir. Hakimin sualına cavab olaraq TP ******* nömrəli qərarda “qərarın surətini aldım” və İXP ******* nömrəli protokolda isə “protokolla tanış oldum, bir daha sürücülük hüququ olmadan avtomobili idarə etməyəcəyəm” deyə izahat verməsini və imzalamasını aldadılması ilə əsaslandırmış və sonda qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.3-cü maddələri ilə inzibati xətaları törətdiyinə görə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - Gəncə şəhər DYPŞ-nin Samir Bayramova ünvanladığı məktubundan görünür ki, Gəncə şəhər Məhkəməsinin qərarı ilə sürücülük vəsiqəsi 6 ay müddətinə məhdudlaşdırılmışdır. - məhkəmənin sorğusu əsasında Gəncə Şəhər Baş Polis İdarəsinin X12 Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqına protokoldan görünür ki, X7 “protokolla tanış oldum bir daha sürücülük hüququm olmadan maşın idarə etməyəcəm” cümləsini bildirərək protokolu şəxsən imzalamışdır. Məhkəmə şikayətin dəlillərini araşdırıb və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, X3 şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, şikayətçi 26 oktyabr 2024-cü il tarixdə “Chevrolet Malibu” minik markalı **- HP-*** dövlət qeydiyyat nişanlı avtomobili onun tərəfindən idarə edilmədiyini və barəsində qəbul edilmiş qərarı əsassız hesab etdiyini göstərsə də, həmin halı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X7 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” Qərardan verilmiş şikayətin dəlilləri əsassızdır və həmin dəlillər həmin qərarın ləğvi üçün əsas ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Həmin Məcəllənin 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Gəncə şəhər X12 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və X3 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X7 tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Gəncə şəhər X12 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar