Məhkəmə qərarları › İş №3(125)-1860/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1860/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1860/2023 08.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarix 05 nömrəli müqavilə və xx.xx.2022-ci il tarixli 04 nömrəli invoice əsasında xx.xx.2022-ci il tarixli **********4132 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 24000 (iyirmi dörd min) kq, dəyəri 110400 (yüz on min dörd yüz) ABŞ dolları dəyərində “latun çubuqlar” yükü rəsmiləşdirilərək Türkiyə Cumhuriyyətinə ixrac edilmişdir. Qeyd olunan bəyannamə üzrə 109840 (yüz doqquz min səkkiz yüz qırx) ABŞ dolları MMC-nin bank hesabına geri köçmüş lakin 560 (beş yüz altmış) dollar və MMC tərəfindən xx.xx.2022-ci il tarixli 04 nömrəli müqavilə və xx.xx.2022-ci il tarixli 06 nömrəli invoice əsasında xx.xx.2022-ci il tarixli **********1232 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 24000 (iyirmi dörd min) kq, dəyəri 117600 (yüz on yeddi min altı yüz) ABŞ dolları dəyərində “latun çubuqlar” yükü rəsmiləşdirilərək X1 edilmişdir. Qeyd olunan bəyannamə üzrə 117181 (yüz on yeddi min yüz səksən bir) ABŞ dolları MMC-nin bank hesabına geri köçmüş lakin 419 (dörd yüz on doqquz) dollar qalıq qalmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, CRF-GROUP” MMC tərəfindən ixrac edilən 2 bəyannamə üzrə yükün dəyərinin qalıq hissəsi 979 (doqquz yüz yetmiş doqquz) ABŞ dolları və yaxud 1664,3 (min altı yüz altmış dörd, üç) AZN olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməsi təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə və barəsində icraat aparılan hüquqi şəxsə məlumat verilməsinə baxmayaraq, nümayəndələrin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin və barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli 05 nömrəli müqavilə və xx.xx.2022-ci il tarixli 04 nömrəli invoice əsasında xx.xx.2022-ci il tarixli **********4132 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 24000 (iyirmi dörd min) kq, dəyəri 110400 (yüz on min dörd yüz) ABŞ dolları dəyərində “latun çubuqlar” yükü rəsmiləşdirilərək Türkiyə Cumhuriyyətinə ixrac edilmişdir. Qeyd olunan bəyannamə üzrə 109840 (yüz doqquz min səkkiz yüz qırx) ABŞ dolları MMC-nin bank hesabına geri köçmüş lakin 560 (beş yüz altmış) dollar və MMC tərəfindən xx.xx.2022-ci il tarixli No04 nömrəli müqavilə və xx.xx.2022-ci il tarixli No06 nömrəli İnvoice əsasında xx.xx.2022-ci il tarixli **********1232 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 24000 (iyirmi dörd min) kq, dəyəri 117600 (yüz on yeddi min altı yüz) ABŞ dolları dəyərində “latun çubuqlar” yükü rəsmiləşdirilərək X1 edilmişdir. Qeyd olunan bəyannamə üzrə 117181 (yüz on yeddi min yüz səksən bir) ABŞ dolları MMC-nin bank hesabına geri köçmüş lakin 419 (dörd yüz on doqquz) dollar qalıq qalmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, CRF-GROUP” MMC tərəfindən ixrac edilən 2 bəyannamə üzrə yükün dəyərinin qalıq hissəsi 979 (doqquz yüz yetmiş doqquz) ABŞ dolları və yaxud 1664,3 (min altı yüz altmış dörd, üç) AZN olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməsi təmin edilməmişdir. 24 iyul 2023-cü il tarixli Xəbərdarlıq sənədindən görünür ki, qalıq məbləğin müvəkkil banka köçürülməsi MMC-dən bir daha tələb edilmiş, əks halda inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, "xxxx"MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti nəzərə alınır. Məhkəmə iclasında "xxxx"MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə "xxxx"MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “GRF-GROUP» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1664.3 (min altı yüz altmış dörd manat 30 qəpik) manat vəsaiti məbləğinin 30 (otuz) faizi miqdarında – 499.29 (dörd yüz doxsan doqquz manat iyirmi doqquz qəpik) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar