Məhkəmə qərarları › İş №3(125)-1860/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1860/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1860/2025 12.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs və şikayətçi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində ünvan 1 ünvanında 2012-ci il təvəllüdlü X3 döymüşdür və bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin sahə rəisi X6 çıxışında protokolun məzmununa uyğun ifadə verərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilən şəxs Şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olarkən qızı Durna ona qonşuluqda yaşayan Sədaqət adlı qadının nəvəsi Maratın evin pəncərəsindən stulu oğlu İbrahimin üzərinə atmasını bildirmişdir. O, Maratdan stulu niyə satdığını soruşmaq məqsədilə qonşusu Sədaqətin evinə getmişdir. Daha sonra Marat onu təhqir etmiş və qapıdan çıxıb qaçmaq istəmişdir. O, Maratın qolundan tutaraq sıxmış və getməsinə əngəl olmağa çalışmışdır. Lakin o, Maratı döyməmiş kürək nahiyyəsinə vurmamışdır. İfadəsinin sonunda hadisədən qabaq da dəfələrlə Maratın oğlu İbrahimə ilə mübahisə etdiyini və sonuncuya qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Məhkəmə iclasında şikayətçi X4 bildirmişdir ki, Marat onun nəvəsidir, o, nəvəsinin qonşuluqda yaşayan Şəxs tərəfindən döyülməsini Maratdan və qızı Nigardan eşitmişdir. Hadisənin birbaşa şahidi olmamışdır. Bundan sonra 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1367 nömrəli rəyindən görünür ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alın və təpə nahiyyəsinin qançır-şişkinliyi, boyun nahiyyəsinin qançırları, kürəküstü nahiyyəsinin sıyrığıbərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutlarla tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətlərinin olması və həmin əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilir. Lakin, məhkəmə araşdırması ilə müəyyən edilmişdir, xəta hadisəsinin xx.xx.2024-cü il tarixdə törədilməsinə, faktla bağlı aparılan araşdırma nəricəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xəta haqqında protokol qərarın qəbul edildiyi vaxtdan 07 (yeddi) ay 8 (səkkiz) gün sonra, yəni 12 iyun 2025-ci il tarixdə tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi vaxtdan 3 ay müddət keçdiyinə görə, yəni şəxsin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə görə -Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48- 51, 53, 105, 114-117, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş 12 iyun 2025-ci il tarixli MN seriyalı, ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar