Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1865/2025 13.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və iş materiallarından müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə 14:00 radələrində Gəncə şəhəri, Kərpic zavod qəsəbəsində X5 fiziki ağrılar yetirməklə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibini yaratmışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi X3 çıxışında bildirdi ki, xx.xx.2025-ci il tarixdə X2 şəhər BPİ-nin 2-ci PŞ-nə və DİN-nin 102 xidmətinə zəng edərək qonşuluqda yaşayan Şəxs tərəfindən döyüldüyü barədə məlumat vermişdir. Bununla bağlı 2-ci PŞ-nin TB-də araşdırılma aparılıb qərarın qəbul edilməsi üçün İTB-yə göndərilmişdir. Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bunun şər böhtanın olduğunu qeyd edərək izahatında bildirmişdir ki, X7 onun dayısı arvadıdır, qonşuluqda yaşayır, lakin aralarında heç bir qohumluq əlaqəsi yoxdur, Ziyafət Quliyeva şəxsi kanalizasiya xətti çəkmək üçün asfalt örtüyünü dağıtmışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə Tovuz rayonuna anası X8 ilə yas mərasiminə getmək üçün avtomobili ilə yaşadığı eve gedən zaman qazıntı aparılan yerə düşmüş və bu səbəbdən söylənməyə başlamışdır. Bu zaman Ziyafət Quliyeva yaşadığı evin pəncərəsindən ona “korsan ora düşürsən” demiş, bundan sonra anası Rəfiqə Rzayeva, daha sonra qonşular küçəyə çıxmış, mübahisənin böyüməməsi üçün anası ilə idarə etdiyi avtomobillə Tovuz rayonuna yas mərasiminə getmişdir. Qayıtdıqdan sonra Ziyafət Quliyevanın polis şöbəsinə ərizə verdiyini, daha sonra ərizəsini dəyişərək döymə faktı ilə bağlı ərizə verdiyini və 102 zəng xidmətinə müraciət etdiyini öyrənmişdir. Sonda isə heç vaxt inzibati və cinayət məsuliyyətinə cəlb olunmadığını və himayəsində xəstə ata və anasının olmasını nəzərə çatdıraraq barəsində veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında Şəxs baldızı oğlu olmasını və Hüseynin idarə etdiyi avtomobili ilə onun çəkdirdiyi kanalizasiya xəttinin içərisinə düşdüyünü bildirmişdir. xx.xx.2025-ci il tarixdə evin pəncərəsindən küçəyə baxdıqda Hüseyn bu barədə ona kobud şəkildə öz iradını bildirmiş o, da ona “korsanmı” deyə cavab vermişdir. Bu zaman onların aralarında sözlə mübahisələri yaranmış və mübahisə zamanı Hüseyn yerdən beton qırıqlarını götürüb pəncərə tərəfə atmışdır. Bundan sonra üzünü yuyub aşağı düşmüş və Hüseyn ona nalayiq ifadələr işlədərək əli ilə onun iki qolundan tutub divara tərəf itələmişdir. O, kürək nahiyəsindən, sağ biləyindən və s. xəsarətlər aldığını və sonradan isə sinə nahiyəsindən yumruq zərbəsindən göyərdiyini bildirmişdir. Bu səbəbdən Gəncə şəhər PŞ-nə və DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, lakin ərizəsini dəyişdirmədiyini bildirmişdir. Sonda o, Şəxs inzibati qaydada həbs olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X10 ilə telefon əlaqəsi yaradılaraq ifadəsi alınmışdır. O, hadisədən sonra əraziyə getdiyini və zərərçəkmiş şəxs Ziyafət Quliyevanın bilək nahiyyəsində xəsarət görmüş və bununla bağlı ekspertizadan keçməsini tövsiyyə etmişdir. İş materiallarına əlavə edilmiş: - 30 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - məhkəmə-tibbi-ekspertizasının 12 may 2025-ci il tarixli 456 saylı rəyindən məlum olur ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ kürək, sol bazu, sağ malbilək, sağ said nahiyələrinin qançırları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Buna görə də həmin inzibati xətanın onun tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Şəxs zərərçəkmiş şəxsi vuraraq fiziki ağrı yetirməsi, beləliklə İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ekspert rəyi, barəsində tərtib edilmiş protokol və zərərçəkmiş şəxsin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,114,115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 gün (on beş) müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 13 iyun 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1865/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1865/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver