Məhkəmə qərarları › İş №3(125)-1868/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1868/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1868/2024 30.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X19 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X19 məhkəməyə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, İnşaatçı Bağçılıq sahəsi, ev 16-da yaşayan X9 xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində idarə etdiyi Range Rover markalı **-TX-*** d.q.n-lı avtomobillə Gəncə şəhəri M.C.Paşayev küçəsi ilə düzünə hərəkətdə olarkən qarşı tərəfdən gələn, Gəncə şəhəri Puşkin küçəsi ev 121-də yaşayan Şəxs idarə etdiyi VAZ-21061 markalı **-BC-*** d.q.n-lı avtomobillə toqquşmuşdur. Zərbənin təsirindən X17, X18, X7 və X9 yüngül xəsarət almış, VAZ-21061 markalı **-BC-*** d.q.n-lı avtomobildə arxa oturacaqda əyləşmiş sərnişin Gəncə şəhəri Ə.Ü.Gəncəvi küçəsi ev 141-də yaşayan X8 boyun nahiyəsinin əzilməsi və döş qəfəsinin travması xəsarətləri alaraq Gəncə şəhər A.Səhhət adına xəstəxanaya müraciət etmişdir. Gəncə şəhəri DYPŞ-ə və barəsində icraata aprılan şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və barəsində icraata aparılan şəxs iclasda iştirak etməmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin və barəsində icraata aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 15 may 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsi ilə rədd edilmiş, qəbul edilmiş qərarın surəti sürücü Şəxs Azərbaycan Respublikasın İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş “Məhkəmə Tibbi Ekspertiza və X10”nin xx.xx.2024-cü il tarixli 649 saylı rəyində göstərilmişdir ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarət — sağ bud nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması - küt təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, İş materiallarına əlavə edilmiş “Məhkəmə Tibbi Ekspertiza və X10”nin xx.xx.2024-cü il tarixli 650 saylı rəyində göstərilmişdir ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətsağ sağrı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoası və sıyrığı-küt təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsvi hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş “Məhkəmə Tibbi Ekspertiza və X10”nin xx.xx.2024-cü il tarixli 651 saylı rəyində göstərilmişdir ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərsağ bazu və sağ bud nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması-KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş “Məhkəmə Tibbi Ekspertiza və X10”nin xx.xx.2024-cü il tarixli 652 saylı rəyində göstərilmişdir ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarət -sol baldır nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması-KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yeni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 1717/2024 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında göstərilmişdir ki, Şəxs alkol sərxoşluğu vəziyyəti yoxdur, ayıq vəziyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 1718/2024 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında göstərilmişdir ki, X6 alkoqol sərxoşluğu vəziyyəti yoxdur, ayıq vəziyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında Protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddəsi ilə inzibati xəta haqqında Protokol tərtib edilmişdir. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə işin hallarını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə onun qanunlara əməl etməsi ruhunda tərbiyələndirməyi, habelə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 118-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində göstərilmiş inzibati xətanı törətmiş hesab edilərək onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar