Məhkəmə qərarları › İş №3(125)-1868/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1868/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1868/2025 17.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlu, X1 inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolun qanunsuz hesab edilərək həmin akt əsasında 800 manat məbləğində cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Səfəvillər küçəsində yerləşən 19 saylı xüsusi mülkiyyətində olan 0,0812 ha torpaq sahəsi var. Həmin ərazidə Memarlıq planlaşdırma layihəsinə uyğun fərdi ev tikdirmək istəyir. Tərtib olunmuş fərdi evin Memarlıq planlaşdırma layihəsinə əsasən evin hündürlüyü 12 metrdən azdır. Gələcəkdə narazılıq olmasın deyə sağ və sol divar qonşularının notarial qaydada təsdiqlənmiş razılıq ərizələri də var (ərizəyə əlavə edir). xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Memarlıq və Arxitektura idarəsinə məlumatlandırma xarakterli ərizə ünvanlamış, ərizəyə Memarlıq planlaşdırma layihəsini, xüsusi mülkiyyətində olan torpağın çıxarışı və sağ və sol divar qonşularının notarial qaydada təsdiqlənmiş razılıq ərizələrini də əlavə etmişdir. Məktubu göndərdiyi barədə rabitə-poçt xidmətindən qəbz də almışdır (ərizəyə əlavə edir). 10 gündən də çox vaxt keçəndən sonra inzibati orqandan irad və ya təklif almadığından fərdi evi layihəyə uyğun tikdirməyə başlamışdır. 2025-ci ilin may ayının əvvəllərində bir neçə nəfər layihəyə uyğun tikilməkdə olan evlərinə gəlmiş, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları olduqlarını bildirərək evin sənədlərini istəmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Çıxarış və Memarlıq planlaşdırma layihəsini təqdim etmiş, tikintiyə icazə sənədi tələb etmiş, o da 12 metrədək hündürlüyü olan fərdi yaşayış evləri üçün icazə tələb olunmadığını bildirmişdir. Bir müddətdən sonra, yəni xx.xx.2025-ci il tarixdə Asan Pay-da Müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə 800 manat məbləğində cərimə olunduğunu öyrənmiş, göründüyü kimi, qanunvericilik fərdi evin tikintisi zamanı yalnız məlumatlandırma icraatı tələb edir, hansı ki, o da tərəflərindən onlara poçt vasitəsilə xx.xx.2024-cü il tarixində göndərilmiş, bu barədə poçt qəbzi də var. Cərimə tərtib olunan tarixədək onlardan heç bir irad və təklif almamışlar, bunlar yalnız 2025-ci ilin may ayının 25-də “Tikintisinə icazə tələb olunan tikinti obyekt” kimi qanunsuz cərimə tərtib etmişlər. Odur ki, Gəncə Şəhər icra Hakimiyyəti tərəfindən onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolun qanunsuz hesab edərək həmin akt əsasında 800 manat məbləğində tərtib edilmiş cərimənin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xəta haqqında protokoldan verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən: Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1.-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu baxımdan məhkəmə Azərbaycan Respublikası İXM-in qeyd olunan normasına əsasən qeyd edir ki, X2 şikayət MN ******* nömrəli protokolun ləğv edilməsini xahiş etsə də, inzibati xətalar haqqında qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, qanunveriliyə əsasən inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilə bilməz. Digər tərəfdən şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol barədə AsanPay elektron sistemindən çıxarılmış məlumatdan görünür ki, həmin protokola əsasən X2 adlı şəxs müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin protokol əsasında Şöhrət Xəlilov barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsi isə şikayətə əlavə edilmiş sənədlərdən görünmür. Beləliklə məhkəmə qeyd edir ki, əgər xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdirsə, yalnız həmin şəxs qeyd olunan qərarı rəsmi qaydada əldə etdiyi vaxtdan 10 gün müddətində qərarın qanuniliyini yuxarı vəzifəli şəxs və ya məhkəməyə şikayət verməklə mübahisələndirə bilər, hazırda isə X1 həmin protokolu mübahisələndirmək hüququ yoxdur. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.6 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X1 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar