Məhkəmə qərarları › İş №3(125)-1869/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1869/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1869/2025 13.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, icra məmuru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Şəxs barəsində olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2596/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 17 yanvar 2012-ci il təvəllüdlü X3 yetinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən etibarən borclu Şəxs hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. Tələbin könüllü icrası ilə bağlı borclu Şəxs bildiriş göndərilmişdir. Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət edilərək bildiriş təqdim edilmiş və izahatı alınmışdır. Borclu izahatında hazırda işsiz olduğundan borcunu tam şəkildə ödəyə bilmədiyini bildirmişdir. Hazırda qətnamə üzrə aliment borcu 5151 (beş min yüz əlli bir) manat təşkil edir. Məhkəmə iclasında icra məmuru X4 protokolu müdafiə edərək Şəxs ödənişlə bağlı dəfələrlə zəng vurduğunu, xəbərdarlıq etdiyini, lakin onun maddi imkanı olmadığından heç bir ödəniş etmədiyini bildirmişdir. Sonda protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs çıxışında bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, taksi fəaliyyəti ilə məşğul olur. O, səhhətində problemlər olduğunu və borcunu ödəməyə maddi imkanının olmadığını bildirərək barəsində veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan: - 13 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2596/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə aliment borcunu ödəmir. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2596/21 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 17 yanvar 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 175 (yüz yetmiş beş) manat aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. - 20 dekabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin 21 oktyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs icra qeydini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-382/15 saylı 02 avqust 2015-ci il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - 04 aprel 2022-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - 13 iyun 2025-ci il tarixdə Şəxs İcra İdarəsinə verdiyi izahatından görünür ki, heç bir yerdə işləmədiyindən borcunu ödəyə bilməmişdir. - 30 aprel 2025-ci il tarixdə X1 İcra İdarəsinə təqdim etdiyi ərizəsindən görünür ki, Şəxs 5151 manat borcu vardır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin ərizəsi, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar