Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1870/2024 10.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə Şəhər üzrə icra idarəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Şəxs tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1431/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 35800 (otuz beş min səkkiz yüz) manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 4538,38 (dörd min beş yüz otuz səkkiz manat otuz səkkiz qəpik) manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********690400 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2268.29 (iki min iki yüz altmış səkkiz manat iyirmi doqquz qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)5525/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 697 manat tutularaq X3 ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1392/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 50 manat tutularaq X2 ödənilməlidir. Borclu Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmamış, icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazırda borclunun borc məbləği cəmi 43353,67 (qırx üç min üm yüz əlli üç manat altmış yeddi qəpik) manat təşkil edir. Beləliklə, borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X6 protokolun məzmununa uyğun çıxış edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu şəxs Şəxs çıxışında tərəflə razılığa gələ bilmədiyini, onun təqdim etdiyi şərtlər çərçivəsində qarşı tərəf razılaşsada sonradan imtina etdiyini bildirmişdir. Sonda borcunu tam şəkildə ödəmək üçün maddi imkanının olmadığını məhkəmənin nəzərinə çatdıraraq ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2017-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)5525/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2017-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)5525/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1431/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)- 1431/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2-2(115)-1431/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli Gəncə Şəhər Məhkəməsinin qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - xx.xx.2023-cü il tarixli Gəncə Şəhər Məhkəməsinin qərardadından görünür ki, Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli aktdan məlum olur ki, həmin tarixdə icra məmurları icra sənədinin icrasını təmin etmək üçün borclunun yaşadığı ünvana getmişlər və sakinlərin bildirdiklərinə görə o, Bakı şəhərində olduğundan icra sənədini təmin etmək mümkün olmamışdır. - xx.xx.2023-cü il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - X1 xx.xx.2023-cü il tarixli ərizəsindən məlum olur ki, icra sənədinin icraatını İcra haqqında Azərbaycan Respublikası qanununun 17.1.10-cu maddəsinə əsasən xx.xx.2023-cü il tarixədək dayandırılmasını xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli, 3(125)-1048/2023 saylı Gəncə şəhər Məhkəməsinin qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - xx.xx.2023-cü il tarixli “icaatın dayandırılması haqqında” qərardan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1431/2022-030 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. - xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-2160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-2160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli “tələbin icraya yönəldilməsi haqqında” qərardan görünür ki, Şəxs tərəfindən 1.416,00 əsas, 852,29 manat faiz, 0, manat maliyyə sanksiyası olmaqla ümumilikdə 2.268,29 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********840300 nömrəli qərarları xx.xx.2023-cü il tarixdən icraya yönəldilmişdir. - xx.xx.2023-cü il tarixli “icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1431/2022-030 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat təzələnmişdir. - xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********690400 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********690400 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2024-cü il tarixli Gəncə Şəhər Məhkəməsinin qərardadından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1431/2022-030 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs mülkiyyətində olan “KİA K5” minik markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə həbs qoyulmuşdur. - xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-1392/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-1392/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə verdiyi izahatdan görünür ki, 1500 manat ödədiyini və xx.xx.2024-cü il tarixə kimi borcunu tam şəkildə ödəcəyini bildirmişdir. - xx.xx.2024-cü il tarixli “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1431/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2160/2023 nömrəli, xx.xx.2023cü il tarixli, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********690400 nömrəli, xx.xx.2023-cü il tarixli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)5525/2017 nömrəli, xx.xx.2017-ci il tarixli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1392/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1870/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1870/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver