Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1872/2024 24.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-ci il tarixli protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, 5-ci mikr., bina 33, mənzil 54-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus Vaz 2107 markalı avtomaşından 200 (iki yüz) manat dəyərində 1 ədəd “Pioner” markalı maqnitofon və 270 (iki yüz yetmiş) manat nağd pul oğurlayaraq ona 470 (dörd yüz yetmiş) manat məbləğində və xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 administrator işlədiyi Gəncə şəhər, Məhsəti qəsəbəsində yerləşən Oba marketdən 95 manat dəyərində tütün məmulatı olan siqaretləri oğurlamaqla xırda talama əməllərini törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı, xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokollar tərtib olunmuşdur. İnzibati protokolu tərtib etmiş polis sahə rəisi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 administrator işlədiyi Gəncə şəhər, Məhsəti qəsəbəsində yerləşən Oba marketdən 95 manat dəyərində tütün məmulatı olan siqaretləri oğurlamışdır. Daha sonra Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Vaz 2107 markalı avotomobildən 200 manat dəyərində 1 ədəd “Pioner” markalı maqnitofon və 270 manat nağd pulu gizli yolla oğurlayaraq ona 470 manat ziyan vurmuşdur. Oğurluq etmiş Şəxs hərəkətlərində İXM-in 227-ci maddəsinin tərkibi olduğundan və həmin şəxsin hərəkətlərində CM-in 177-ci maddəsinin tərkibi olmadığına görə, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonda Məhsəti qəsəbəsində yerləşən Oba marketdən oğurluq etmənin video görüntüsünü CAŞ-nin rəisi tərəfindən baxıldığını lakin video görüntünün silindiyi üçün təqdim edə bilməyəcəklərini nəzərə çatdırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində hər iki protokol üzrə oğurluq etmədiyini bildirmiş, ümumiyyətlə həmin hadisələrlə əlaqəsinin olmadığını vurğulamış və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 çıxışında ötən ilin dekabr ayında maşınından maqintafon oğurlanmasına görə polisə müraciət etdiyini bildirmişdir. Lakin həmin oğurluq edən şəxsin kim olmasını görməmişdir. İfadəsinin sonunda o, inzibati iş üzrə icraat aparılan şəxs Şəxs tanımadığını və iş üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 çıxışında mağazadan oğurluq olunmasını təsdiq etmiş, lakin Şəxs oğurluq edən şəxs olmadığını bildirmişdir. Belə ki, o qeyd etmişdir ki, mağazadan oğurluq olunandan sonra hadisəni qeydə alan video kameraya baxmış və həmin video görüntülərdə oğurluq edən şəxsin kök bədən quruluşuna sahib olmasını aydın şəkildə görmüşdür. İfadəsinin sonunda o, barəsində icraat aparılan şəxs Şəxs oğurluq edən şəxs olmadığını qeyd edərək iş üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi X4 çıxışında Şəxs oğurluğu etiraf etmədiyini, polis şöbəsində olarkən yazılmış izahata yalnız qol çəkdiyini bildirmişdir. Sonda zərərçəkmiş şəxsin oğurluq edənin fərqli görkəmdə olduğunu, başqa bədən ölçülərinə malik olduğunu bildirməsinə istinad edərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadığına və ya təqsirliliyi sübuta yetirilmədiyinə görə inzibati iş üzrə icraata xitam verilməlidir. Çünki Şəxs tərəfindən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş - xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talanması sübuta yetirilməmiş, onun inzibati xətanı törətməsini təsdiq edən sübutlar (video görüntü və hadisəni görmüş şahidlər) iş materiallarına əlavə edilməmişdir. Həmçinin inzibati protokol raport əsasında tərtib edilmiş və Şəxs inzibati xətaları törətməsində təqsirini sübuta yetirmək üçün inzibati araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün imperativ şərt olan xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını Şəxs tərəfindən talanması təsdiq edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nin X3 polis sahə rəisi X7 barəsində icraat aparılan şəxs Şəxs təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş onun barəsində tərtib edilmiş raporta istinad etmişdir. Azərbaycan Respublikası İXM-in İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talanması ilə bağlı hərəkətlər inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xətanı törətməsi barədə şübhələri hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs inzibati xəta törədilməsinə aidiyyəti olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 30 manat pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN 1939466, xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərar dərhal icra olunsun. Şəxs 05 (beş) saat ərzində hüquqi yardım göstərdiyinə görə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 30 (otuz) manat əmək haqqı hesablanaraq dövlət büdcəsinin hesabına ödənilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1872/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1872/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver