Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1873/2025 03.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 (yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə 13:49-da Kəpəz Rayon Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 şəhəri, Xətai prospekti 121-də onu saxlayaraq iddia etmişdir ki, O, etibarnamə əsasında idarə etdiyi “Kia Sorento” minik markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. X12 Xidmət inspektorundan sübut tələb etdikdə ona sübut göstərməkdən imtina etmiş və barəsində TP ******* saylı, 05 iyun 2025-ci il tarixli qərar qəbul etmişdir. Barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış edərək, bildirdi ki, o, xx.xx.2025-ci il tarixində Gəncə şəhəri, Xətai prospekti 121-də hərəkətdə olarkən YPX-nın əməkdaşları onun idarə etdiyi minik avtomobilini dayandırmış və svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi səbəbindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin vaxt YPX-nın əməkdaşlarından ona svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsini təsdiq edən sübutun təqdim edilməsini tələb etsə də, ona heç bir sübut təqdim edilməmişdir. O, məhkəmə iclasında hadisənin video-görüntüsünə baxdıqdan sonra barəsində tətbiq edilən inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanı törətməsi ona aydın olmuşdur və məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan DVD-diskdən görünür ki, X5 “Kia Sorento” minik markalı **- UV-*** dövlət qeydiyyat nişanlı avtomobili işıqforun qırmızı işığında xx.xx.2025-ci il tarixdə saat 13:49-da Gəncə şəhəri, Xətai prospekti 121-də hərəkət etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X1 şəhəri, Xətai prospekti 121 istiqamətində, xx.xx.2025-ci il tarixdə yol hərəkəti qaydasını pozaraq İXM-nin 327.2ci maddəsində nəzərdə tutulmuş (svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X5 məhkəmə iclası zamanı ifadəsinin əvvəlində barəsində inzibati xəta haqqında protokolu tərtib edən şəxsdən onun tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən sübutların təqdim edilməməsini və nəticədə özünü inzibati xətanı törətməkdə təqsirli bilmədiyini qeyd etsə də, iş materiallarında olan DVD-diskə baxış keçirildikdən sonra o, barəsində tətbiq edilən inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanın onun tərəfindən törədilməsinin ona aydın olduğunu bildirmişdir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında elektron qərar, iş materiallarında olan DVD-disk və şikayət verən şəxsin ifadəsi ilə tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-1873/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1873/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver